Tarix:08/05/14
Belə ki, Cənubi Koreya istehsalçısının dizayn strategiyası qrupunun rəhbəri, icraçı vitse-prezident Çan Don Xun ötən həftə istefa ərizəsini rəhbərliyə təqdim edib. Onun yerinə mobil dizayn üzrə vitse-prezident Li Min Hek təyin olunub. Şirkət baş verən yerdəyişmələrə şərh verməkdən imtina edib. Çikaqoda incəsənət təhsili alan keçmiş professor Çan Don Xun “Samsung”un dizayn bürosunun rəhbəri kimi fəaliyyətini davam etdirsə də, Li Min Kek onun işini koordinasiya edəcək.
2010-cu ildə Li Min Kek 38 yaşında “Galaxy” istehsal xəttindən olan smartfonların hazırlanmasında iştirakı sayəsində şirkətin ən gənc top-meneceri olub. “Galaxy” şirkətə bir neçə il ərzində “Apple” şirkətinin buraxdığı “iPhone” modellərini bazarda birincilikdən sıxışdırmağa və dünyanın nəhəng smartfon istehsalçısı olmağa imkan verib. 90-cı illərdə avtomobil dizayneri kimi işə başlayan Li Min Kek fəaliyyəti dayandırılan "Samsung” və “Renault” şirkətlərinin birgə müəssisəsi üçün maşınların xarici görünüşünün layihələndirilməsi ilə məşğul olub, - “Vesti www.vesti.ru” yazır.
“Samsung” smartfonların dizaynına məsul olan şəxsi əvəzləyib
Dünyanın nəhəng mobil telefon istehsalçısı "Samsung Electronics” şirkəti smartfonların dizaynı ilə məşğul olan şəxsi əvəzləyib. Buna səbəb kimi son qabaqcıl “Galaxy S5” modelinin mətbuat və ekspertlər tərəfindən tənqid olunması göstərilir.Belə ki, Cənubi Koreya istehsalçısının dizayn strategiyası qrupunun rəhbəri, icraçı vitse-prezident Çan Don Xun ötən həftə istefa ərizəsini rəhbərliyə təqdim edib. Onun yerinə mobil dizayn üzrə vitse-prezident Li Min Hek təyin olunub. Şirkət baş verən yerdəyişmələrə şərh verməkdən imtina edib. Çikaqoda incəsənət təhsili alan keçmiş professor Çan Don Xun “Samsung”un dizayn bürosunun rəhbəri kimi fəaliyyətini davam etdirsə də, Li Min Kek onun işini koordinasiya edəcək.
2010-cu ildə Li Min Kek 38 yaşında “Galaxy” istehsal xəttindən olan smartfonların hazırlanmasında iştirakı sayəsində şirkətin ən gənc top-meneceri olub. “Galaxy” şirkətə bir neçə il ərzində “Apple” şirkətinin buraxdığı “iPhone” modellərini bazarda birincilikdən sıxışdırmağa və dünyanın nəhəng smartfon istehsalçısı olmağa imkan verib. 90-cı illərdə avtomobil dizayneri kimi işə başlayan Li Min Kek fəaliyyəti dayandırılan "Samsung” və “Renault” şirkətlərinin birgə müəssisəsi üçün maşınların xarici görünüşünün layihələndirilməsi ilə məşğul olub, - “Vesti www.vesti.ru” yazır.
Baxış sayı: 762
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır