Tarix:12/05/14
Şəbəkəyə optik-lifin köməyi ilə 126,6 milyon abunəçi daxil olur, halbuki 2012-ci ildə bu göstərici 29 faiz az olub. Mütəxəssislərin proqnozlarına görə, 2019-cu ilədək belə abunəçilərin sayı 265 milyonadək artacaq, illik abunəçi sayının artım tempi 11,7 faiz təşkil edəcək.
Ötən il kabel modemlər vasitəsilə təmin edilən internet çıxışı üzrə abunəçi bazası təxminən 7 faiz artaraq dünya miqyasında 161 milyon təşkil edib. “DSL” seqmentində artım 1 faiz olmaqla 378 milyon abunəçiyə çatıb. “ABI Research”in əməkdaşı Ceyk Sondersin sözlərinə görə, burada provayderlərin ötənilki mədaxili Asiya-Sakit okean regionunda abunəçi sayının və orta mədaxilin bir abunəçiyə olan nisbətinin azalması səbəbindən aşağı düşüb.
Bundan başqa, 2013-cü ildə “Ethernet” texnologiyası üzrə internetə genişzolaqlı çıxış xidmətləri bazarının həcmi 15 faiz artaraq 46 milyard dollar təşkil edib.
“ABI Research”in analitiki Kin Sandi Linn deyib ki, səsli zəng və məlumatların ötürülməsi kimi ənənəvi xidmətlərdən gəlirlərin azalmasına görə operatorlar yüksəksürətli rabitə şəbəkələrində ötürülən innovativ servis və kontentlər sayəsində mədaxil artımını saxlamağa çalışırlar.
Ekspertin proqnozuna görə, 2019-cu ildə optik-lif texnologiyaları vasitəsilə simli çıxış bazarının həcmi 100 milyard dollara çatacaq, - "DailyComm www.dailycomm.ru” yazır.
İnternetə optik-lif xətti ilə qoşulan abunəçilərin sayı iki dəfə artacaq
Dünya təsərrüfat evlərində internetə stasionar genişzolaqlı çıxışın nüfuzetmə səviyyəsi sürətlə artır. Belə ki, “ABI Research” analitiklərinin qiymətləndirməsinə görə, 2013-cü ilin sonunda “DSL” modem texnologiyası, kabel və optik-lif vasitəsilə internetə ümumilikdə 665,4 milyon ev təsərrüfatı qoşulub ki, bu da bir il əvvəlki göstəricidən 6 faiz çoxdur.Şəbəkəyə optik-lifin köməyi ilə 126,6 milyon abunəçi daxil olur, halbuki 2012-ci ildə bu göstərici 29 faiz az olub. Mütəxəssislərin proqnozlarına görə, 2019-cu ilədək belə abunəçilərin sayı 265 milyonadək artacaq, illik abunəçi sayının artım tempi 11,7 faiz təşkil edəcək.
Ötən il kabel modemlər vasitəsilə təmin edilən internet çıxışı üzrə abunəçi bazası təxminən 7 faiz artaraq dünya miqyasında 161 milyon təşkil edib. “DSL” seqmentində artım 1 faiz olmaqla 378 milyon abunəçiyə çatıb. “ABI Research”in əməkdaşı Ceyk Sondersin sözlərinə görə, burada provayderlərin ötənilki mədaxili Asiya-Sakit okean regionunda abunəçi sayının və orta mədaxilin bir abunəçiyə olan nisbətinin azalması səbəbindən aşağı düşüb.
Bundan başqa, 2013-cü ildə “Ethernet” texnologiyası üzrə internetə genişzolaqlı çıxış xidmətləri bazarının həcmi 15 faiz artaraq 46 milyard dollar təşkil edib.
“ABI Research”in analitiki Kin Sandi Linn deyib ki, səsli zəng və məlumatların ötürülməsi kimi ənənəvi xidmətlərdən gəlirlərin azalmasına görə operatorlar yüksəksürətli rabitə şəbəkələrində ötürülən innovativ servis və kontentlər sayəsində mədaxil artımını saxlamağa çalışırlar.
Ekspertin proqnozuna görə, 2019-cu ildə optik-lif texnologiyaları vasitəsilə simli çıxış bazarının həcmi 100 milyard dollara çatacaq, - "DailyComm www.dailycomm.ru” yazır.
Baxış sayı: 609
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib