12px13px15px17px
Tarix:12/05/14

Nyu-Yorkda köhnə telefon köşkləri “Wi-Fi” çıxış nöqtələrinə çevrilir

İki il əvvəl Nyu-York hakimiyyəti köhnə telefon köşklərinin “Wi-Fi” çıxış nöqtələrinə çevrilməsi üzrə pilot layihə işə salmışdılar, amma o vaxtdan etibarən yalnız 10 taksofon “Wi-Fi” çıxış nöqtələrinə çevrilib.

Hazırda şəhərin yeni hakimiyyəti 10 min telefon köşkünü sakinlərinin ehtiyacını ödəyən müasir qurğulara çevirmək üçün podratçı axtarır.
 
“ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, taksofonlar üçün kabel sistemləri artıq çəkildiyinə görə bu layihə çox xərc aparmayacaq. Bundan sonra bu köşklərdən zəng etmək mümkün olmayacaq, yalnız 911 və 311 nömrələri üzrə təcili çağırış etmək mümkündür. “Wi-Fi” qoşulma ödənişsiz olacaq, amma qoşulma vaxtı reklama baxmaq lazım gələcək.
 
Ekspertlərin qiymətləndirmələrinə görə, “Wi-Fi” nöqtələr şəbəkəsinin dəstəklənməsi hər il şəhərə 17,5 milyon dollara başa gəlir ki, bu da reklam nümayişindən əldə olunan gəlirin 50%-ni təşkil edir.
 
Emil Hüseynov
 



Baxış sayı: 623

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024