12px13px15px17px
Tarix:12/05/14

Xaricdə təhsil üzrə Dövlət Proqramı təqaüdçüləri illik nəticələrinə dair elektron qaydada hesabat təqdim etməklə qeydiyyatdan keçəcəklər

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil ilə bağlı aparılan islahatların davamı olaraq Proqram təqaüdçülərinin illik qeydiyyat formasında dəyişiklik edilib. Belə ki, proqram təqaüdçüləri hər tədris ilinin sonunda qeydiyyatdan keçməlidirlər.
 
Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli, 261 nömrəli qərarı ilə təsdiq edilmiş Təhsil Nazirliyi ilə Dövlət Proqramı təqaüdçüsü arasında bağlanmış müqavilənin 2.3.6-cı bəndinə uyğun tədris ili bitdikdən sonra 20 (iyirmi) təqvim günü ərzində illik tədrisin nəticələrinə dair rəsmi çıxarışlarla elektron qaydada hesabat təqdim edərək qeydiyyatdan keçəcəklər.
 
Qeydiyyatla bağlı tələb olunan sənədlərə "Təhsil alanın cari tədris ilini müvəffəqiyyətlə bitirərək növbəti tədris ilinə keçməsini təsdiq edən ali məktəbin rəsmi sənədi" (sənəddə növbəti tədris ilinin başlama və bitmə tarixləri (gün, ay və il göstərilməklə) qeyd olunmalıdır); cari tədris ilinin qiymət cədvəlindən rəsmi çıxarış (transkript); növbəti tədris ilinin təhsil haqqına dair rəsmi invoys (olduğu təqdirdə) daxildir. Sadalanan sənədlər səliqəli şəkildə skan edilərək adlarına uyğun olaraq qeyd edilməlidir. Göndərilən sənədlərin həqiqiliyinin yoxlanılması məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müraciətçinin təhsil aldığı ali məktəbə sorğu göndəriləcək: "Türk, rus və ingilis dilindən başqa digər dillərdə olan sənədlər tələbə tərəfindən tərcümə olunaraq təqdim olunmalıdır. Yalnız sənədlər tam şəkildə qeydiyyata alındıqdan sonra növbəti tədris ili üçün yaşayış və təhsil xərclərinin ödənişi mümkün olacaq".
 
 
Təhsil Nazirliyindən qeyd edilib ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icrasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar gələcəkdə də davam etdiriləcək.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 843

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024