12px13px15px17px
Tarix:12/05/14

“Azercell” sosial şəbəkələrdə liderliyə görə yenidən “Socially devoted” sertifikatına layiq görüldü

Azərbaycan mobil bazarının lider şirkəti – “Azercell Telekom” MMC artıq üçüncü dəfədir ki, onlayn müştəri xidmətləri sahəsində rekord göstəricilərə nail olaraq, “Socialbakers” beynəlxalq tədqiqat təşkilatından bu ilin I rübü üçün “Socially devoted” (Sosial sədaqətli) sertifikatına layiq görülüb.
 
 
Sosial şəbəkələrin monitorinqini keçirən məşhur “Socialbakers” şirkətinin apardığı araşdırma göstərib ki, istifadəçilərin sayına görə “Azercell”in “Facebook” səhifəsi ölkədə ilk yerlərdən birini, mobil operatorlar arasında isə birinci yeri tutur. Hal-hazırda “Azercell”in rəsmi “Facebook” səhifəsinin istifadəçilərinin sayı 360 000 nəfəri ötüb və bu rəqəm gündən-günə artmaqdadır.
 
Hələ 2012-ci ildə “Facebook” səhifəsində istifadəçilərin verdiyi sualların operativ şəkildə cavablandırılmasına görə “Azercell” ölkədə “Socially devoted” adına layiq görülmüş ilk mobil operator olmuşdur. Sertifikata layiq görülmək üçün səhifə istifadəçilərinin ildən-ilə artan müraciətlərinin cavablandırma səviyyəsi ölçülür. 2014-cü ilin I rübündə “Azercell”in bu göstəricisi 97%-ə  bərabər olub və şirkət ən qısa zamanda bu rəqəmi 100%-ə çatdırmağı planlaşdırır. Yüksək istifadəçi sayı ilə bərabər “Azercell” həmçinin, səhifədəki abunəçilərin fəallığı və aktiv istifadəsi baxımından da dəfələrlə ilk yerləri qazanıb.
 
Qeyd etmək istəyirik ki, “Azercell” sosial şəbəkələrdə rəsmi səhifə yaradan ilk mobil operator olmuşdur. Rəsmi səhifəni yaratmaqda məqsəd abunəçilərlə daha sıx əlaqənin qurulması, onlara yeniliklər haqqında operativ məlumatın çatdırılması idi.
 
Eyni zamanda, bu səhifələrin köməyi ilə şirkət abunəçilərin istək və müraciətlərini daha dərindən başa düşüb, onların çevik cavablandırılmasına nail olmuşdur.
“Azercell” hal-hazırda sosial şəbəkələrdə müştəri xidmətlərini tətbiq edən yeganə operatordur.
 
Məhz bu yanaşma nəticəsində, “Azercell” abunəçiləri 24/7 rejimində yüksək keyfiyyətli xidmətdən yararlana bilir və altı fərqli sosial şəbəkənin imkanlarından istifadə edirlər: “Facebook”, “Twitter”, “Disput.Az”, “Google+”, “YouTube” və “Instagram”. Bu şəbəkələrdə verilən suallar ən qısa zamanda, hətta bir neçə saniyə ərzində cavablandırılır.
 
“Twitter” şəbəkəsində Azərbaycan dilindəki məzmunu monitorinq edən “Aztwi.com” internet səhifəsinin verdiyi statistik məlumata görə, “Azercell”in bu sosial şəbəkədəki səhifəsi yalnız mobil operatorlar arasında deyil, eyni zamanda, ölkədə təmsil olunan bütün brendlər arasında ən çox istifadəçisi olan səhifədir.
Bununla bərabər, “Azercell” Azərbaycanda çalışan bütün şirkətlər arasında öz “Twitter” səhifəsi üçün təsdiqlənmiş (verified) statusu alan ilk şirkət olmuşdur. Qeyd edək ki, bu statusu “Twitter” şirkəti məşhur təşkilatlara, brendlərə və tanınmış şəxslərə yalnız özü verir.
 
Telekommunikasiya xidmətlərində liderliyi qoruyan “Azercell” həmçinin, digər yenilikçi səhələrdə də birinci olmağa, abunəçilərinə ən son texnologiya və həllərə çıxış imkanı yaratmağa çalışır. Bü gün “Azercell” həm texniki, həm də müştəri xidmətləri baxımından öz abunə bazasını ciddi şəkildə artırmağa hazırdır və 4,5 milyon müştəri ailəsinə qoşulmaq, yüksək keyfiyyətli rabitənin üstünlüklərindən zövq almaq istəyənləri şirkətin abunəçisi olmağa dəvət edir.


RƏVAN



Baxış sayı: 961

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024