Tarix:13/05/14
Təşkilat Komitəsindən verilən məlumata görə, "Təhsildə İnternet texnologiyaları" və "Müasir məktəbdə elektron tədris resursları" istiqamətləri üzrə keçirilən müsabiqənin təşkilində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalardan tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.
Müsabiqədə əsasən təhsil müəssisələrində çalışanlar, müəllimlərin təkmilləşdirilməsi ilə məşğul olanlar, valideynlər və şagirdlər, həmçinin, pedaqoji ali təhsil müəssisələrinin tələbələri və aspirantları iştirak edə bilərlər. "Elektron Təhsil"də iştirak etmək üçün qeydiyyatdan keçmək lazımdır. Yalnız qeydiyyatdan keçən istifadəçilər müsabiqəyə layihələrini (işlərini) təqdim edə və artıq müsabiqəyə qəbul olunan layihələrə öz rəylərini (şərhlərini) yaza bilərlər.
Qeyd edək ki, ötən il "Elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli", "Təhsildə İnternet resursları" və "Müəllimlərin bloqları" nominasiyaları üzrə keçirilən IV "Elektron təhsil" müsabiqəsində 781 layihə iştirak edib.
Müsabiqə üzrə onlayn müzakirələrdə "www.musabiqe.edu.az" internet səhifəsində 2013-cü ilə qədər qeydiyyatdan keçmiş 4937 müəllim, 1616 tələbə, 4405 şagird, 570 valideyn iştirak edib.
Həqiqət İSABALAYEVA
2014-cü il üçün “Elektron Təhsil” müsabiqəsi başlayır
Təhsil Nazirliyi tərəfindən hər il təşkil edilən "Elektron Təhsil" müsabiqəsində münsiflər və ekspert qismində iştirakla bağlı qeydiyyat artıq başa çatıb.Təşkilat Komitəsindən verilən məlumata görə, "Təhsildə İnternet texnologiyaları" və "Müasir məktəbdə elektron tədris resursları" istiqamətləri üzrə keçirilən müsabiqənin təşkilində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalardan tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.
Müsabiqədə əsasən təhsil müəssisələrində çalışanlar, müəllimlərin təkmilləşdirilməsi ilə məşğul olanlar, valideynlər və şagirdlər, həmçinin, pedaqoji ali təhsil müəssisələrinin tələbələri və aspirantları iştirak edə bilərlər. "Elektron Təhsil"də iştirak etmək üçün qeydiyyatdan keçmək lazımdır. Yalnız qeydiyyatdan keçən istifadəçilər müsabiqəyə layihələrini (işlərini) təqdim edə və artıq müsabiqəyə qəbul olunan layihələrə öz rəylərini (şərhlərini) yaza bilərlər.
Qeyd edək ki, ötən il "Elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli", "Təhsildə İnternet resursları" və "Müəllimlərin bloqları" nominasiyaları üzrə keçirilən IV "Elektron təhsil" müsabiqəsində 781 layihə iştirak edib.
Müsabiqə üzrə onlayn müzakirələrdə "www.musabiqe.edu.az" internet səhifəsində 2013-cü ilə qədər qeydiyyatdan keçmiş 4937 müəllim, 1616 tələbə, 4405 şagird, 570 valideyn iştirak edib.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 2473
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır