12px13px15px17px
Tarix:13/05/14

Bakıda texnologiya sahəsində uğurlu qadınlara həsr olunmuş konfrans keçiriləcək

Mayın 22-də “Microsoft Azerbaijan” şirkətinin və ADA Universitetinin təşkilatçılığı ilə Bakıda ilk dəfə olaraq qadınların informasiya texnologiyaları sahəsində roluna həsr olunmuş “DigiGirlz” konfransı keçiriləcək.
 
“Microsoft” korporasiyası dünya üzrə qadınları dəstəkləyir və onlara potensiallarını həyata keçirməyə yardım edir. Bakıda keçirilən “DigiGirlz” konfransının əsas məqsədi də məhz Azərbaycanda texnologiya sahəsində fəaliyyət göstərən qadınlara dəstək olmaq, onların inkişafına təkan verməkdir.
 
Tədbirdə stereotipləri qırmış və qadın üçün qeyri-ənənəvi sayılan texnologiya sahəsində karyera qurmuş mütəxəssis qadınlar iştirak edəcəklər.
 
 
 
Konfransda “Microsoft” korporasiyasının Mərkəzi və Şərqi Avropa regionunda satış üzrə direktoru Viki Rentzepi, İKT şirkətlərinin nümayəndələri və texnologiya sahəsində uğurlu karyera qurmuş digər qadınlar iştirak edəcək.
 
Konfrans mayın 22-də saat 15:00-da ADA Universitetində işə başlayacaq,  Azərbaycan və ingilis dillərində keçiriləcək.
 
Tədbirdə iştirak etmək istəyənlər özləri haqqında məlumatı (ad, soyad, oxuduqları ali məktəbin adı, fakültə və ya təmsil etdikləri şirkətin adı və vəzifəsi) “azms@microsoft.com” elektron ünvanına göndərməli və ya (+994 12) 437-38-00 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.



Baxış sayı: 540

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024