12px13px15px17px
Tarix:13/05/14

170 dollarlıq kompüter

"Archos" şirkəti sensor idarəetmə dəstəyinə malik 10,1 düymlük ekranla təchiz edilmiş ucuz "ArcBook" yığcam kompüterini nümayiş etdirib.
 
Qurğu "ARM Cortex A9" arxitekturalı 1,2 QHs takt tezlikli ikinüvəli "RK3168"  prosessoru ilə təchiz edilib. Əməli yaddaşın həcmi 1 QB, daxili yaddaşda isə 8 QB-dır, "microSD" kartı hesabına sonuncunun tutumunu artırmaq olar.
 
"ICTnews" elektron xəbər xidməti "3dnews.ru" saytına istinadən bildirir ki, noutbukda ekranın təsvir ölçüsü 1024x600 piksel təşkil edir. Həmçinin ön kamera, "Wi-Fi" simsiz şəbəkə adapteri, bir neçə "USB 2.0" portu və qulaqcıqlar üçün standart 3,5 mm-lik konnektor var. Ölçüsü 271,5x180,5x22 mm, çəkisi 1,28 kq-dır.
 
"ArcBook" noutbuku texniki xarakteristikaları ilə öyünə bilməsə də, amma qiyməti cəmi 170 ABŞ dolları təşkil edir. Bundan başqa, bu noutbukda avtonom iş vaxtı 10 saata bərabərdir.
 
Noutbuka "Android 4.2 Jelly Bean" əməliyyat sistemi quraşdırılıb. İstifadəçilər "Google Play Store" onlayn mağazasından əlavələr yükləyə biləcəklər.
 
Emil Hüseynov
 



Baxış sayı: 384

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Fevral 2020

27 02 2020

27/02/20
“Samsung” məlumatların mühafizəsi üçün yeni çip təqdim edib

Müasir smartfonların qarşısında ciddi təhlükəsizlik tələbləri qoyulur. Bir çox qurğular məxfi informasiy

27/02/20
Dünyada ən çox yüklənən proqram hansıdır?

“Facebook” şirkətinə məxsus “WhatsApp” messenceri artıq dünyada ən çox yüklənən proqram deyil. “S

27/02/20
“MWC 2020” sərgisinin ən yaxşı smartfonu açıqlanıb

“Mobile World Congress 2020” sərgisinin təşkilatçıları "Ən yaxşı smartfon" nominasiyasında qalibi elan e

27/02/20
“Huawei P40 Lite” smartfonu təqdim edilib

Çinin “Huawei” şirkəti “P40” və “P40 Pro” qabaqcıl smartfonlarının təqdimatından bir ay əvvəl bu istehsal x

27/02/20
Dünyanın ən güclü smartfonunun xüsusiyyətləri açıqlanıb

“Xiaomi Black Shark 3” oyun smartfonu ən sürətli reaksiyaya malik ekranla təchiz ediləcək. Bu barədə Çini

27/02/20
“LG V60 ThinQ 5G” smartfonu təqdim edilib

“MWC 2020” sərgisini buraxmalı olan “LG” şirkəti “LG V60 ThinQ 5G” adlı qabaqcıl smartfonunu Cənubi Ko

27/02/20
“Samsung” smartfonlar üçün rekord tutumlu operativ yaddaşın istehsalına başlayıb

“Samsung” şirkəti 16 giqabayt tutumlu “LPDDR5” yaddaş çiplərinin kütləvi istehsalına başlayıb.

27/02/20
“SpaceX” şirkətinə Marsa uçacaq kosmik gəminin hazırlanması üçün obyektin inşasına icazə verilib

“SpaceX” özəl aerokosmik şirkətinə “Starship” planetlərarası kosmik gəmisinin yaradılması üzrə layihənin

27/02/20
“Nokia” növbəti əfsanəvi telefonun yenilənmiş versiyasını buraxacaq

“Nokia” şirkəti növbəti əfsanəvi telefonun yenilənmiş versiyasını buraxmaq niyyətindədir. Bu barədə Finla