12px13px15px17px
Tarix:15/05/14

Kompüterləri sığortalayanların sayı artıb

Azərbaycanda elektron avadanlıqları, xüsusilə də kompüterləri sığortalayanların sayında artımın olduğu müşahidə edilməyə başlayıb.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu cür sığorta əməliyyatları əsasən yeni alınan kompüter avadanlığının ölkəyə gətirilməsi zamanı baş verir. Bahalı kompüterləri xaricdən idxal edən vətəndaşlar onların təhlükəsizliyini və baş verə biləcək ziyanları vaxtında qarşılamaq üçün sığortaya müraciət edirlər.
 
 Üstəlik, bu tip sığorta əməliyyatlarının qiymətinin aşağı olması ona müraciət edənləri həvəsləndirir.
 
"A-Qroup" sığorta şirkətinin İdarə Heyətinin sədr müavini Əli Bayramov  məsələ ilə bağlı "www.fins.az" a açıqlama verərkən bildirib ki, sadə vətəndaşlar əsasən xaricdən kimlərinsə onlara alıb göndərdiyi kompüter texnikasını daha çox sığorta etdirirlər. Onun sözlərinə görə, yükləri sığortalanarkən müştəridən alınan sığorta haqqı yükün dəyərinin cəmi 0,1-0,4%-i qədər olur. Yəni 1000 dollar dəyəri olan kompüteri sığorta etdirmək üçün cəmi 1-4 dollar pul vermək lazımdır. Məbləğin az olması yük sığortası üzrə riskin böyük olmaması ilə bağlıdır:
 
"Məsələn, indiyə qədər "A-Qroup"un sığortaladığı yüklər arasında başına iş gələn olmayıb. Başqa sözlə, şirkət yük sığortasına görə ödəniş həyata keçirməyib".
 
 
SEYMUR



Baxış sayı: 588

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Noyabr 2024

15 11 2024