Tarix:15/05/14
Rəqəmlərdən belə məlum olur ki, bu il “BitTorrent” fayl mübadiləsi protokolunun payı azalmaqda davam edir. Bu, daha çox ABŞ-da nəzərə çarpır. Belə ki, 2008-ci ildə gündüz trafikinin üçdə bir hissəsi, 2011-ci ildə 22 faizi, hazırda isə 8 faizi (pik vaxtlarda 5,96 faiz) “BitTorrent”in payına düşüb. ABŞ-da tamaşaçı auditoriyasının keçdiyi populyar “Netflix” videoservisinin fəaliyyət göstərməsi səbəbindən bu, heç də təəccüblü hesab edilmir.
Statistikaya görə, televiziya xidmətlərindən imtina edərək video və TV-yə internetlə baxanlar ayda orta hesabla 212 QB yükləyir ki, bu da adi istifadəçilərdən 7 dəfə çoxdur. Buna baxmayaraq ABŞ auditoriyası arasında videoya internetlə baxanların payı 15 faiz təşkil etməklə trafikin 54 faizinə sahibdir.
Bununla yanaşı, daha bir maraqlı tendensiya müşahidə edilməkdədir. Bu, “SSL/TLS” protokolları ilə ötürülən şifrlənmiş trafikin kəskin artmasıdır. Məsələn, Avropada “SSL”-in axşam pik saatlarında payı il ərzində 1,74 faizdən 6,1 faizədək – dörd dəfədən çox yüksəlib. ABŞ-da bu göstərici 2,29 faizdən 3,8 faizədək artıb. İnternetdə ümumi trafik həcminin ildə 20-40 faiz artması nəzərə alınmaqla ABŞ-da şifrlənmiş trafikin həcmində iki dəfə artım qeydə alınıb.
Şifrlənmənin hər yerdə aparılması artıq qlobal fenomenə çevrilib. Məsələn, Cənubi Amerikada “SSL” il ərzində 1,8 faizdən 10,37 faizədək artıb. Statistika göstərir ki, bu tendensiya bütün regionlarda mobil şəbəkələr üçün də xarakterikdir. Buna səbəb isə bəzi böyük saytların son vaxtlar “HTTPS” protokolundan başlanğıc ayar kimi istifadə etməyə başlamasındadır. Məsələn, “Google” şirkəti bu funksiyanı axtarış saytının bütün istifadəçiləri üçün aktivləşdirib.
Qeyd edək ki, trafikin şifrlənməsi “BitTorrent” üçün də aktualdır. Son illər müəllif hüquqları internet istifadəçilərinə təzyiqləri artıraraq hüquq-mühafizə orqanlarına qanun pozucularını aşkarlamağa və lisenziyalaşdırılmamış kontentin yüklənməsinə görə cərimələr tətbiq etməkdə yardım edirlər.
Ekspertlərin fikrincə, “BitTorrent”in payı hətta ABŞ-da heç vaxt 5 faizdən aşağı düşməyəcək. Belə ki, lisenziyalaşdırılmamış filmləri prinsipial düşüncə tərzi ilə yükləyən müəyyən qrup insanlar var. Onlar buna hüquqlarının olmasına əmindirlər və heç vaxt servisdən istifadənin nə dərəcədə rahat olmasından asılı olmayaq ödənişli kontentə keçməyəcəklər, -“Xaker www.xakep.ru” yazır.
İnternetdə şifrlənmiş trafikin payı bir neçə dəfə artıb
“Sandvine” şirkəti hər il dünya internet trafikinin strukturunu təhlil edərək hesabatlar dərc edir. Bu günlərdə işıq üzü görən növbəti belə hesabatda yer alan məlumatlar 2014-cü ilin martında ayrı-ayrı internet provayderlərinin və mobil rabitə operatorlarının şəbəkələrindən toplanıb.Rəqəmlərdən belə məlum olur ki, bu il “BitTorrent” fayl mübadiləsi protokolunun payı azalmaqda davam edir. Bu, daha çox ABŞ-da nəzərə çarpır. Belə ki, 2008-ci ildə gündüz trafikinin üçdə bir hissəsi, 2011-ci ildə 22 faizi, hazırda isə 8 faizi (pik vaxtlarda 5,96 faiz) “BitTorrent”in payına düşüb. ABŞ-da tamaşaçı auditoriyasının keçdiyi populyar “Netflix” videoservisinin fəaliyyət göstərməsi səbəbindən bu, heç də təəccüblü hesab edilmir.
Statistikaya görə, televiziya xidmətlərindən imtina edərək video və TV-yə internetlə baxanlar ayda orta hesabla 212 QB yükləyir ki, bu da adi istifadəçilərdən 7 dəfə çoxdur. Buna baxmayaraq ABŞ auditoriyası arasında videoya internetlə baxanların payı 15 faiz təşkil etməklə trafikin 54 faizinə sahibdir.
Bununla yanaşı, daha bir maraqlı tendensiya müşahidə edilməkdədir. Bu, “SSL/TLS” protokolları ilə ötürülən şifrlənmiş trafikin kəskin artmasıdır. Məsələn, Avropada “SSL”-in axşam pik saatlarında payı il ərzində 1,74 faizdən 6,1 faizədək – dörd dəfədən çox yüksəlib. ABŞ-da bu göstərici 2,29 faizdən 3,8 faizədək artıb. İnternetdə ümumi trafik həcminin ildə 20-40 faiz artması nəzərə alınmaqla ABŞ-da şifrlənmiş trafikin həcmində iki dəfə artım qeydə alınıb.
Şifrlənmənin hər yerdə aparılması artıq qlobal fenomenə çevrilib. Məsələn, Cənubi Amerikada “SSL” il ərzində 1,8 faizdən 10,37 faizədək artıb. Statistika göstərir ki, bu tendensiya bütün regionlarda mobil şəbəkələr üçün də xarakterikdir. Buna səbəb isə bəzi böyük saytların son vaxtlar “HTTPS” protokolundan başlanğıc ayar kimi istifadə etməyə başlamasındadır. Məsələn, “Google” şirkəti bu funksiyanı axtarış saytının bütün istifadəçiləri üçün aktivləşdirib.
Qeyd edək ki, trafikin şifrlənməsi “BitTorrent” üçün də aktualdır. Son illər müəllif hüquqları internet istifadəçilərinə təzyiqləri artıraraq hüquq-mühafizə orqanlarına qanun pozucularını aşkarlamağa və lisenziyalaşdırılmamış kontentin yüklənməsinə görə cərimələr tətbiq etməkdə yardım edirlər.
Ekspertlərin fikrincə, “BitTorrent”in payı hətta ABŞ-da heç vaxt 5 faizdən aşağı düşməyəcək. Belə ki, lisenziyalaşdırılmamış filmləri prinsipial düşüncə tərzi ilə yükləyən müəyyən qrup insanlar var. Onlar buna hüquqlarının olmasına əmindirlər və heç vaxt servisdən istifadənin nə dərəcədə rahat olmasından asılı olmayaq ödənişli kontentə keçməyəcəklər, -“Xaker www.xakep.ru” yazır.
Baxış sayı: 1071
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib