12px13px15px17px
Tarix:15/05/14

“Delta Telecom” şirkətinin xidmətləri onlayn ödəmələr sisteminə inteqrasiya olunub

“AzeriCard” prosessinq mərkəzi tərəfindən “Delta Telecom” telekommunikasiya operatoru onlayn ödəmələr sisteminə qoşulub.
 
Prosessinq mərkəzindən verilən məlumata görə, indi “Delta Telecom”un istifadəçiləri evdən və ya ofisdən çıxmadan, onlayn rejimində şirkətin xidmətlərini ödəmək imkanı əldə edirlər. Nağdsız ödəməni “www.azericard.com” saytında yerləşən “AzeriCard” ödəmə səhifəsində aparmaq olar. Ödəmə “Visa”, “Visa Electron”, “MasterCard” və “Maestro” elektron bank kartları vasitəsi ilə  həyata keçirilir.
 
Qeyd edək ki, elektron bank kartlarının məlumatlarının təhlükəsizliyi “3D Secure” sistemi tərəfindən təmin olunur.
 
CAHANGİR



Baxış sayı: 936

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024