12px13px15px17px
Tarix:15/05/14

“IDEALINVENT” “Ultra” şirkəti ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanda qlobal iştirakını genişləndirir

“IDEALINVENT” texnologiyalar şirkəti Qafqaz regionuna daxil olduğunu məmnuniyyətlə elan edir.

Bu, Azərbaycanın “Ultra” şirkəti ilə tərəfdaşlıq haqqında sazişin imzalanması ilə mümkün olub. Sözügedən sazişə əsasən  “Ultra” “IDEALINVENT”  şirkətinin “ConnectCore ™” və “DataMatrice ™” bank məhsullarını Azərbaycan ərazisində yaymaq və tətbiq etmək imkanı qazanır.

“Ultra” şirkətinin peşəkarlığı və nüfuzu “Intel”, “Microsoft”, “Oracle”, HP və “Cisco” kimi dünyanın məşhur İT korporasiyalarının Azərbaycandakı rəsmi statuslu tərəfdaşı olması ilə daha möhkəmlənib. İT sektorunda 15 illik iş təcrübəsinə və bank proqramlarının tətbiqində yüksək peşəkarlığa malik şirkət, “ConnectCore™” və “DataMatrice™”  məhsullarının Azərbaycan bazarında tətbiqinə təkan verəcək.

Bank platformasının flaqmanı olan “ConnectCore™” özündə 3 həlli birləşdirir: SOA əsasında avtomatlaşdırılmış bank sistemi (ABS), Каnallar və Mobillik (Channels & Mobility), həmçinin, hesablaşma mərkəzi (Payments hub). Bu həllər beynəlxalq səviyyədə sınaqdan keçirilmişdir, belə ki, onlar artıq Skandinaviya yarımadası ölkələrində tətbiq edilmişdir. Azərbaycan bazarının bank sektoruna tərəf yönəldiyi bir dövrdə, məlumatların idarə edilməsi, inteqrasiyası və dəyişməsi üzrə əla alət sayılan “DataMatrice™”-in bazara daxil olması yerində atılan addım hesab edilməlidir. Birləşmə nəticəsində ortaya çıxan tapşırıqlar, xüsusən də, məlumatların tamlığının yadda saxlanması və inteqrasiyasına aid problemlər fasiləsiz biznesin təmin edilməsinə ciddi təhlükə yarada bilərdi. “DataMatrice™”, bu cür potensial təhlükələrin aradan qaldırılması üçün perspektiv həll rolunu oynayır.

 
“Bu tərəfdaşlıq, ötən il Moldovada imzalanmış sazişdən sonra, şirkətin MDB ölkələrində tanınması üzrə strategiyanın ikinci vacib mərhələsi hesab olunur. Biz, bankların  malik olduqları ABS-lərin dəyişdirilməsi və təkmilləşdirilməsi üzrə Azərbaycanda yaranan tendensiyanı müsbət qiymətləndiririk. Belə ki, getdikcə daha çox bank qurumları, kanallar və analitika sahəsində sürətlə inkişaf edən texnologiyalara çatmaq üçün,  sistemlərini yeniləməyə can atırlar", - “IDEALINVENT” şirkətinin strateji tərəfdaşlıq və ittifaqlar üzrə rəhbəri Mridul Kumar Nath deyib.

Mridul Kumar Nath həmçinin əlavə edib ki,  banklar, “ConnectCore™” və “DataMatrice™” kimi müasir bank sistemlərinin köməyi ilə maliyyə sektoru kimi dolğun və sərt nizamlanan bir sahədə əldə edilməsi çətin olan  rəqabət üstünlükləri əldə edə bilərlər.

“IDEALINVENT Technologies” şirkəti ilə sazişin imzalanması, şirkətimizin Azərbaycanın İT bazarında təqdim etdiyi inteqrasiya üzrə xidmətlərin inkişafı baxımından böyük addımdır.  Portfelimizdə “ConnectCore™” və “DataMatrice” kimi məhsulların olması bank sektorunun kompleks tələblərinə cavab verməyə, həmçinin, müştərilərlə xidmət sahəsində məhsuldarlıq və effektivliyi artırmaqda banklara kömək etməyə imkan yaradacaq”, - “Ultra” şirkətinin İdarə Heyətinin üzvü Məhəmməd Zülfüqarlı bildirib.
 
RƏVAN



Baxış sayı: 697

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024