12px13px15px17px
Tarix:15/05/14

Rusiyada ən kiçik mobil telefon istehsal edilib

Rusiyanın "Leksand Laboratoriya" şirkəti kiçik “Lexand Mini LPH1” mobil telefonunu nümayiş etdirib. İstehsalçı iddia edir ki, bu, Rusiya bazarında ən kiçik telefondur. Onun ölçüsü 93 x 39 x 15 mm-dir.
 
Müqayisə üçün, “Nokia 100” kiçik telefonunun ölçüsü 110 x 45,5 x 14,9 mm təşkil edir.
 
“ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, şirkət rəsmisi deyib ki, bu model knopkalı aparatlar sinfinə aiddir.
 
“Lexand Mini LPH1” aparatı 176 x 144 piksel təsvir ölçülü 1,44 düymlük ekran, 0,3 meqapiksellik kamera, microSD yaddaş kartları üçün konnektor, daxili MP3 pleyer, “Bluetooh” modulu ilə təchiz edilib.
 
Mobil telefon, həmçinin metal korpusa malikdir və eyni anda iki SİM kart dəstəkləyir. “Mini LPH1” telefonunda avtonom iş vaxtı gözləmə  rejimində 5-7 gün təşkil edir.
 
“Lexand Mini LPH1” telefonunun qiyməti 1190 rubl təşkil edir və üç rəngdə (açıq-narıncı, ağ və qara) təklif olunur.
 
Emil Hüseynov



Baxış sayı: 722

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Noyabr 2024

26 11 2024