Tarix:15/05/14
Görüşdə fondun icraçı direktoru Elçin Zeynalov Azərbaycanda informasiya texnologiyaları sahəsində həyata keçirilən dövlət siyasətindən, əldə olunmuş nailiyyətlərdən, fondun fəaliyyəti və məqsədləri barədə geniş məlumat verib.
Koreya Respublikasının informasiya texnologiyaları sahəsində böyük təcrübəyə malik olduğunu bildirən E. Zeynalov bu sahədə iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsinə önəm verdiyini qeyd edib və bildirib ki, Fondun yaranması informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən Koreya şirkətlərinə Azərbaycanda birgə biznes layihələrini həyata keçirmək üçün geniş imkanlar açıb.
Cənab Çoi Suk Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında münasibətlərin ildən-ilə daha da genişləndiyini qeyd edərək, İKT sahəsinin inkişafına Azərbaycan dövlətinin ayırdığı diqqəti yüksək qiymətləndirib.
Eyni zamanda, səfir Azərbaycanla Koreya arasında müxtəlif sahələrdə, xüsusən də informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq əlaqələrinin, həyata keçirilən layihələrin böyük əhəmiyyət kəsb etdiyini bildirib. İKT sahəsində dünyanın aparıcı dövlətlərindən olan və böyük təcrübəyə malik Koreya mütəxəssislərinin əldə etdiyi bilik və təcrübəni bölüşməyə hər zaman hazır olduqlarını vurğulayan səfir Çoi Suk-in ölkələrimiz arasında İKT sahəsində əlaqələrin yüksək templə inkişaf etdiyini də qeyd edib.
Görüşdə Koreya Respublikası Kiçik və Orta Biznes Korporasiyası ilə Fond arasında əməkdaşlıq əlaqələrinin qurulmasının perspektivləri müzakirə olunub.
Koreyanın ölkəmizdəki səfiri İTİDF-də olub
2014-cü il 15 may tarixində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunda (İTİDF) Koreya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Çoi Suk-in ilə görüş olub.Görüşdə fondun icraçı direktoru Elçin Zeynalov Azərbaycanda informasiya texnologiyaları sahəsində həyata keçirilən dövlət siyasətindən, əldə olunmuş nailiyyətlərdən, fondun fəaliyyəti və məqsədləri barədə geniş məlumat verib.
Koreya Respublikasının informasiya texnologiyaları sahəsində böyük təcrübəyə malik olduğunu bildirən E. Zeynalov bu sahədə iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsinə önəm verdiyini qeyd edib və bildirib ki, Fondun yaranması informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən Koreya şirkətlərinə Azərbaycanda birgə biznes layihələrini həyata keçirmək üçün geniş imkanlar açıb.
Cənab Çoi Suk Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında münasibətlərin ildən-ilə daha da genişləndiyini qeyd edərək, İKT sahəsinin inkişafına Azərbaycan dövlətinin ayırdığı diqqəti yüksək qiymətləndirib.
Eyni zamanda, səfir Azərbaycanla Koreya arasında müxtəlif sahələrdə, xüsusən də informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq əlaqələrinin, həyata keçirilən layihələrin böyük əhəmiyyət kəsb etdiyini bildirib. İKT sahəsində dünyanın aparıcı dövlətlərindən olan və böyük təcrübəyə malik Koreya mütəxəssislərinin əldə etdiyi bilik və təcrübəni bölüşməyə hər zaman hazır olduqlarını vurğulayan səfir Çoi Suk-in ölkələrimiz arasında İKT sahəsində əlaqələrin yüksək templə inkişaf etdiyini də qeyd edib.
Görüşdə Koreya Respublikası Kiçik və Orta Biznes Korporasiyası ilə Fond arasında əməkdaşlıq əlaqələrinin qurulmasının perspektivləri müzakirə olunub.
Baxış sayı: 816
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır