“Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
1. “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”də nəzərdə tutulan səlahiyyətli orqanı hər bir texnologiyalar parkına münasibətdə Azərbaycan Respublikasının Prezidenti ayrıca müəyyən edir.
3. Bakı şəhərinin Pirallahı rayonunda yaradılmış Yüksək Texnologiyalar Parkına münasibətdə səlahiyyətli orqanın funksiyalarını Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. üç ay müddətində:
4.1.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.1.3. “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”nin 6.1.4-cü yarımbəndinə uyğun olaraq, texnoloji biznes inkubatoru rezidentlərinin qeydiyyatının, həmçinin texnologiyalar parkı rezidentlərinin və texnoloji biznes inkubatoru rezidentlərinin reyestrinin aparılması qaydasını müəyyən etsin;
4.1.4. həmin Əsasnamənin 6.1.5-ci yarımbəndinə uyğun olaraq, texnologiyalar parkının və texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnaməsinin formasını müəyyən etsin;
4.1.5. həmin Əsasnamənin 8.3-cü bəndinə uyğun olaraq, texnologiyalar parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün ərizənin formasını və ona əlavə edilən sənədlərin siyahısını müəyyən etsin;
4.1.6. həmin Əsasnamənin 8.7-ci bəndinə uyğun olaraq, texnologiyalar parkının ekspertlər şurası haqqında əsasnaməni təsdiq etsin;
4.1.7. həmin Əsasnamənin 11.3-cü bəndinə uyğun olaraq, birgə texnologiyalar parkının fəaliyyətinin təşkili və idarə olunması qaydasını müəyyən etsin;
4.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 may 2014-cü il.
Baxış sayı: 779
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı