Tarix:17/05/14
Sorağı 1865-ci ildən gələn ümumbəşəri tədbirin tarixi
Bu ümumbəşəri tədbirin tarixi sonradan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) adlanan Beynəlxalq Teleqraf İttifaqının 17 may 1865-ci ildə əsasının qoyulması ilə sıx bağlıdır. İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin 2005-ci ildə Tunisdə keçirilən ikinci mərhələsi çərçivəsində BMT Baş Assambleyasına 17 may tarixinin "Beynəlxalq informasiya cəmiyyəti günü" elan edilməsi ilə bağlı müraciət qəbul edilir.
Beləliklə, Beynəlxalq Telekommunikasiya İttifaqı 2006-cı ildə 17 may tarixinin "Ümumdünya telekommunikasiya və informasiya cəmiyyəti günü" kimi qeyd edilməsi ilə bağlı qərar qəbul edir və hər il beynəlxalq səviyyədə dünyanın əksər ölkələrində 17 may tarixi ilə əlaqədar müxtəlif tədbirlər keçirilir. "Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü"nün əsas məqsədi və əhəmiyyəti internetdən və informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadənin cəmiyyət və ölkələrə verdiyi imkanlar, eyni zamanda rəqəmli fərqliliyin aradan qaldırılması ilə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsinə kömək göstərməkdir.
BTİ-nin 149-cu ildönümündə dünyaya ünvanlanan çağırış
Hər il bu günün Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən elan edilən müəyyən devizi olur ki, aparılan çoxsaylı müzakirələr də məhz bu devizə əsaslanır. Bu il "Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü"ndə ölkələri "Davamlı inkişaf naminə genişzolaqlı rabitənin inkişafı" (Broadband for Sustainable Development) tezisi ətrafında birləşməyə səsləyən Beynəlxalq Telekommunikasiya İttifaqı da gələcək iqtisadi artımın məhz informasiya-kommunikasiya texnologiyaları hesabına baş verə biləcəyini proqnozlaşdıran əsas təşkilatlardan biridir. BTİ əminliklə qeyd edir ki, rəqəmli inkişaf – bu, davamlı inkişafın sürətlənməsi üçün nəzərdə tutulan dəyişikliklərin əsas alətidir.
BTİ-nin ölkələrə tövsiyəsi: münasib qiymət, əlçatan xidmət əsasında yüksəksürətli genişzolaqlı şəbəkələri inkişaf etdirmək
BTİ bu alətin tam potensialının reallaşdırılması üçün öz tövsiyələrini də verib: qiymətləri münasib və rəqəmli infrastrukturun hər yerdə əlçatanlığını təmin etməklə, yüksəksürətli genişzolaqlı şəbəkələri inkişaf etdirmək lazımdır. Məhz bu amil müasir günümüzdə davamlı inkişafın təmin edilməsi üçün əsas katalizator hesab edilir.
İnsanların bərabər səviyyədə ən zəruri tələbatlarının ödənilməsinə yönələn termin
Bəs davamlı inkişaf özündə nəyi ehtiva edir? Bütün insanların bərabər səviyyədə ən zəruri tələbatlarının ödənilməsinə yönələn "Davamlı inkişaf" (Sustainable development) ifadəsinin özü də son illərdə meydana gələn əsas istiqamətlərdən biridir. Ətraf mühit və inkişafa dair Beynəlxalq Komissiya (Bruntland komissiyası) tərəfindən 1987-ci ildən etibarən işlədilən bu termin müasir dövrümüzdə bütün tələbatları ödəməklə yanaşı, gələcək nəsillərin də tələbatlarını ödəmək qabiliyyəti və istəyini təhlükə altında qoymamağa istiqamətlənib. "XXI əsrin gündəliyi" hesab edilən bu sənəd BMT-nin "Rio-de Janeyro-92" konfransında qəbul olunub və o, ölkələrin Davamlı İnkişaf üzrə milli strategiyalarının hazırlanması üçün ümumi fəaliyyət proqramıdır. Artıq dünyanın əksər ölkələrinin davamlı inkişaf proqramlarının olması vurğulansa da, bu sahədə işlər davam etdirilməkdədir.
Davamlı inkişaf ilk növbədə yoxsulluqla mübarizəni tələb edir
Davamlı İnkişaf Konsepsiyasının diqqət mərkəzində yoxsulluqla mübarizə dayanır və konsepsiyanın əsas məqsədi insanların normal həyat fəaliyyətinin təmin edilməsi üçün lazım olan resurslara minimum tələbatların ödənilməsi və bu resursların dünya əhalisi arasında bərabər, ədalətli bölüşdürülməsidir. 2000-ci il tarixində 189 ölkə insanları səfalət və hərtərəfli məhrumiyyətlərdən azad etməkləri haqqında öhdəlik götürdülər. Bu vəd tarixdə Minilliyin İnkişaf Məqsədləri kimi qaldı. BMT-nin müəyyən etdiyi Minilliyin İnkişaf Məqsədləri bu hədəflərə çatmağın strateji xəttini də təyin edib. Birləşmiş Millətlər Təşkilatının Minillik Bəyannaməsində 2015-ci ilə qədər nəzərdə tutulan səkkiz məqsədə ifrat yoxsulluğu və aclığı aradan qaldırmaq, ümumi ibtidai təhsilə nail olmaq, gender bərabərliyini təmin etmək və qadınlara səlahiyyət vermək, uşaq ölümü hallarını azaltmaq, inkişaf üçün qlobal tərəfdaşlığı inkişaf etdirmək və s. daxildir.
Qlobal hədəflərin Azərbaycan mənzərəsi
Bu gün iqtisadi göstəricilərinə görə dünyanın əksər ölkələrini geridə qoyan, həmçinin inkişaf etmiş dövlətlərlə müqayisə edilən Azərbaycanda da qarşıya qoyulan mühüm hədəf ölkədə yoxsulluğun azaldılması, davamlı, dayanıqlı, sabit, tarazlı inkişafın təmin edilməsinə nail olunmasıdır. İfrat yoxsulluğu yarıbayarı azaltmaq istiqamətində hədəfə nail olmaq üçün ölkəmizdə bu gün "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın icrası davam edir. Bu çərçivədə həyata keçirilən islahatlar və görülən tədbirlər sayəsində hazırda ölkədə yoxsulluğun səviyyəsi minimuma enib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə edilən 17 bənd
Proqramın həyata keçirilməsi üzrə 2011-2015-ci illəri nəzərdə tutan Tədbirlər Planında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (RYTN) 8 bənddə 1-ci icraçı olmaqla, ümumilikdə 17 bənd həvalə edilib. Belə ki, proqramda "Dövlət dotasiyalarının mərhələlərlə aradan qaldırılması məqsədilə tariflərin (qiymətlərin) iqtisadi cəhətdən əsaslandırılmış xərclərə uyğunlaşdırılması", "Poçt əmanət sisteminin inkişaf etdirilməsi", "Elektron ödəniş sisteminin inkişaf etdirilməsi", "Özəlləşdirməyə açılmış rabitə, maşınqayırma, kimya, turizm, kənd təsərrüfatı, tikinti, kommunal və infrastruktur sahələrində müəssisələrin özəlləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi" kimi bəndlər yer alıb. Eyni zamanda RYTN-ə həvalə edilən digər bəndlərə "Respublikada universal telekommunikasiya (UTX) və poçt xidmətlərinin (UPX) təşkilinin başa çatdırılması", "İKT sektorunda innovasiyaların tətbiqinin genişləndirilməsi məqsədilə tətbiqi elmi tədqiqatların aparılması sahəsində işlərin davam etdirilməsi", "Elektron hökumət"in formalaşdırılması üzrə tədbirlərin həyata keçirilməsi" və s. daxildir ki, bu gün müvafiq istiqamətlər üzrə bütün tədbirlərin vaxtında icrası davam edir.
İnkişafa yönələn strateji hədəflər milli planda: 2020-ci ildə Azərbaycan iqtisadi və siyasi cəhətdən inkişaf etmiş, rəqabətqabiliyyətli ölkə olacaq
Bu gün ölkəmizin davamlı və dayanıqlı iqtisadi artıma doğru qarşıya qoyduğu məqsədlər isə müasir çağırışlara əsaslanan "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında əks olunur. Ümumiyyətlə, XXI əsrin ilk onilliyində sürətlə inkişaf edən və yayılan informasiya və kommunikasiya texnologiyaları, bununla bağlı yeni vüsət almış qloballaşma prosesləri ölkələrin sosial-iqtisadi həyatına ciddi şəkildə təsir etməkdədir. Bu mənada Azərbaycan da istisna deyil. Ölkəmizin növbəti illər üçün əsas hədəflərinə gəlincə, konsepsiyanın icrası nəticəsində 2020-ci ildə Azərbaycan iqtisadi və siyasi cəhətdən inkişaf etmiş, rəqabətqabiliyyətli ölkə olacaq. Ən ucqar kəndlərdə belə, vətəndaşların rahat gündəlik həyatı üçün lazım olan bütün kommunikasiyalar (rabitə, internet, bank xidmətləri, kommunal xidmətlər, yollar və sair), səhiyyə və təhsil xidmətləri təmin ediləcək.
"Elektron hökumət" xidmətlərinin 100 faiz tətbiq edilməsi Azərbaycanda müasir idarəetmənin əsas prioritetinə çevriləcək
İKT və rabitə xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi, informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində etibarlı təhlükəsizlik sisteminin yaradılması, milli standartların formalaşdırılması, ölkə üzrə tam rəqəmsal yayımın tətbiq olunması və analoq yayımın dayandırılması, eləcə də "Elektron hökumət" xidmətlərinin 100 faiz tətbiq edilməsi Azərbaycanda müasir idarəetmənin formalaşmasının əsas prioritetlərindən biri kimi diqqət mərkəzində olacaq. Qarşıdakı illərdə İKT infrastrukturu inkişaf etdiriləcək, əhaliyə müasir elektron xidmətlərin göstərilməsi imkanları genişləndiriləcək, kənd yaşayış məntəqələri də daxil olmaqla ölkə ərazisində genişzolaqlı, ucuz və keyfiyyətli internetə çıxış təmin ediləcək. Distant təhsil, elektron ticarət, teletibb və digər müasir xidmət növlərinin geniş tətbiqinə nail olunacaq, elektron ticarət əqdləri iştirakçılarının müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün qanunvericilik təkmilləşdiriləcək. Bölgələrdə İKT-nin tətbiqi genişləndiriləcək, əhalinin rəqəmsal hazırlığı və ölkənin qlobal informasiya məkanına inteqrasiya səviyyəsi yüksəldiləcək.
Azərbaycan artıq 2020-ci ilə qədər müəyyənləşən hədəflərə doğru aparan yola çıxıb
İKT və əqli mülkiyyətin qarşılıqlı təsiri və əqli mülkiyyət hüquqları ilə qorunan bir çox obyektlərin qlobal rəqəmsal şəbəkəyə çıxışı nəzərə alınaraq, onlayn lisenziyalaşmaya və "one-stop-shops" formatında xidmətlərin göstərilməsinə əsaslanan rəqəmsal hüquqları idarəetmə sistemi yaradılacaq. Bununla yanaşı, kosmik sənayenin inkişafı ilə bağlı müvafiq tədbirlər həyata keçiriləcək. Telekommunikasiya peyklərinin geostasionar orbitə çıxarılması nəticəsində etibarlı peyk rabitəsi təmin ediləcək və bununla ölkənin informasiya təhlükəsizliyi gücləndiriləcək. Telekommunikasiya şəbəkəsində yeni texnologiyaların tətbiqi genişləndiriləcək və s. Bir sözlə, Azərbaycan artıq bütün sahələr üzrə 2020-ci ilə qədər nəzərdə tutulmuş hədəflərə doğru aparan yola çıxıb.
Həqiqət İSABALAYEVA
Beynəlxalq Telekommunikasiya İttifaqı ölkələri “Davamlı inkişaf naminə genişzolaqlı rabitənin inkişafı” tezisi ətrafında birləşməyə səsləyir
Artıq 8 ildir ki, beynəlxalq aləm 17 may tarixini "Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü" olaraq qeyd edir. Əvvəlcə, bu tarixi günün beynəlxalq müstəvidə qeyd edilməsi, qlobal ictimaiyyət üçün daşıdığı mahiyyətə aydınlıq gətirək.Sorağı 1865-ci ildən gələn ümumbəşəri tədbirin tarixi

Baxış sayı: 1680
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır