12px13px15px17px
Tarix:19/05/14

Norveçdə “400G” İP şəbəkə magistralı istifadəyə verilir

İKT həlləri tərtibatçısı "Huawei” şirkəti və “Broadnet” məlumatların ötürülməsi provayderi Norveçdə regionda ilk dəfə olaraq “400G” texnologiyasının kommersiya istifadəsi üçün nəzərdə tutulan İP şəbəkə magistralının (backbone) istifadəyə verilməsini bəyan ediblər. Bunun sayəsində iri şirkətlərə, eləcə də korporativ müştərilərə müxtəlif rabitə xidmətləri göstəriləcək.

“Broadnet”in texniki direktoru Morten Torvildsen deyib: “Mən əminəm ki, bizim "Huawei” ilə əməkdaşlığımız gəlirli və səmərəli olacaq. “Huawei”in stasionar şəbəkələr və xüsusilə İP-texnologiyalar sahəsində təcrübəsi bizə Norveçdə gələcəyə istiqamətlənən yüksəksürətli və qənaətcil şəbəkə qurmağa imkan verəcək”.   

“Biz “Broadnet”ə kommersiya “400G” İP şəbəkə magistralının həyata keçirilməsində yardımçı olmağımızdan şadıq. Birlikdə biz “400G” texnologiyasının sahədə populyarlaşmasına xidmət edəcəyik. “Huawei” “Broadnet” ilə yüksək keyfiyyətə və etibarlılığa malik milli “Broadnet” optik şəbəkəsinin tikintisində əməkdaşlıq etmək niyyətindədir”, - “Huawei” şirkətinin Norveçdəki baş direktoru Erik Çjan bildirib.

“Huawei NE5000E 400G” şəbəkə magistralı marşrutlayıcısı elastik yardımçı plataların quraşdırılmasını, eləcə də “100GE”, “40GE” və “10GE” platalarının müxtəlif  kombinasiyalarını dəstəkləməklə tutumun hər slot üçün Tbit/saniyə səviyyəsinədək sərbəst genişləndirilməsini təmin edir. Marşrutlayıcının “Broadnet”ə şəbəkə arxitekturasını optimallaşdırmağa və onu daha elastik etməyə, eləcə də hər bit üçün buraxılış zolağına xərcləri azaltmağa imkan verəcəyi gözlənilir.

Şirkətin məlumatına görə, hazırda “Huawei” 60-dan çox kommersiya “400G” şəbəkəsi qurub, - “CNews www.cnews.ru” yazır.



Baxış sayı: 581

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Noyabr 2024

26 11 2024