



Tarix:19/05/14
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Türkiyənin İstanbul şəhərində yerləşən qərargahında keçirilən QDİƏT-in elm və texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun iclası artıq başa çatıb.
İclasda Azərbaycanın İstanbuldakı Konsulluğu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN), AMEA və Elmin İnkişafı Fondunun nümayəndələri iştirak ediblər. RYTN-ni İnformasiya Cəmiyyətinin İnkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyev və Beynəlxalq Əlaqələr və Qeyri-dövlət qurumları ilə iş şöbəsinin əməkdaşı Kamran Abbasov təmsil edib.
İclasda təşkilata üzv ölkələrin elm və texnologiyalar sahəsində fəaliyyət göstərən qurumlarının təşkilatda qeydiyyata alınması, təşkilata üzv ölkələrin ABŞ-la və beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişafı və 2014-2018-ci illər üzrə fəaliyyət planının hazırlanması məsələləri müzakirə olunub. İclasın sonunda görüşün nəticələrinə dair hesabat qəbul edilib. İyul ayında İşçi Qrupa sədrliyin Azərbaycana keçməsi nəzərdə tutulur.
Həqiqət İSABALAYEVA
İyuldan QDİƏT-in elm və texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupuna Azərbaycan sədrlik edəcək

İclasda Azərbaycanın İstanbuldakı Konsulluğu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN), AMEA və Elmin İnkişafı Fondunun nümayəndələri iştirak ediblər. RYTN-ni İnformasiya Cəmiyyətinin İnkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyev və Beynəlxalq Əlaqələr və Qeyri-dövlət qurumları ilə iş şöbəsinin əməkdaşı Kamran Abbasov təmsil edib.
İclasda təşkilata üzv ölkələrin elm və texnologiyalar sahəsində fəaliyyət göstərən qurumlarının təşkilatda qeydiyyata alınması, təşkilata üzv ölkələrin ABŞ-la və beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişafı və 2014-2018-ci illər üzrə fəaliyyət planının hazırlanması məsələləri müzakirə olunub. İclasın sonunda görüşün nəticələrinə dair hesabat qəbul edilib. İyul ayında İşçi Qrupa sədrliyin Azərbaycana keçməsi nəzərdə tutulur.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 639
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır