12px13px15px17px
Tarix:19/05/14

Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən startup layihəsi 5000 manat qrant alıb

Azərbaycanın İT mütəxəssisləri tərəfindən həyata keçirilən “Tuning Fork” layihəsi səsin real zaman daxilində korreksiyasına fokuslanmış bir startup layihə kimi öz qarşısına qoymuş hədəflərdən ilkinini başa çatdırıb. Əldə olunan məhsul Qafqaz Universiteti tərəfindən təşkil olunan “Yeni Fikir” müsabiqəsində təqdim edilib.
 
Layihə müəllifləri ilk məhsulu İntellektual Karaoke Sistemi adı altında təqdimata buraxaraq, canlı ifa zamanı ifaçının səsindəki qüsurların vizual görünməsini və səhv tonlar barədə real zaman daxilində xəbərdar olmasını nümayiş etdiriblər.
 
Auditoriyanın alqışlarını, münsiflərin rəğbətini qazanan layihə təqdimat boyu yalnız məhsulun nümayiş olunması iradına tuş gələrək ikinci yerə layiq görülüb və 5000 manat məbləğində qrantın mükafatçısı olub.
 
Bu səhnəni auditoriyanın qarşısına son yarım ildə görülən innovasiya xarakterli məsələnin həllini nümayiş etdirmək üçün istifadə etdiyini söyləyən layihənin rəhbəri Dilarə Rüstəm-zadə bazara daxil olması üçün bir neçə cüzi addımlarının qaldığını söyləyib.
 
 O, “ICTnews.az”a bildirib ki, “Tuning Fork” layihəsi ölkəmizi İKT yönümlü bir startup kimi dəfələrlə xarici ölkələrdə təmsil edərək bir çox uğurlara imza atıb: “2013-cü ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə layihə bir ideya olaraq sərgiyə buraxılıb. Hazırda layihənin ilkin məhsulu kimi bazara çıxmağa hazırlaşırıq. Onu da qeyd edim ki, layihə üzərində işlər Yüksək Texnologiyalar Parkında aparılır”.
 
 
SEYMUR
 




Baxış sayı: 1512

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024