12px13px15px17px
Tarix:21/05/14

“Connect” kabel televiziyasının yayımında fasilələr olacaq

Azərbaycanın aparıcı kabel televiziyası operatoru “Connect” şirkəti baş stansiyasını yeni ünvana köçürməyə hazırlaşır.
 
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, mayın 26-sı saat 02:00-dan başlayaraq baş stansiyanın yeni ünvana köçürülməsi ilə əlaqədar olaraq mayın 28-i saat 00:00-dək “Connect” kabel televiziyasının yayımında fasilələr olacaq.
 
"Connect" kabel televiziya operatoru və internet xidmətləri provayderi şəbəkəsində test rejimində IP TV texnologiyası üzərindən rəqəmli televiziya yayımına  başlayıb. Şirkətin tətbiq etdiyi yeni texnologiya İP TV, OTT kimi xidmətlərin göstərilməsinə imkan verir.


Bu layihənin birinci mərhələsində nəzərdə tutulmuş əsas stansiyanın qurulması üzrə işlər başa çatdırılıb və test rejimində yayıma başlanılıb. İyun ayınadək davam edəcək ikinci mərhələ çərçivəsində abunəçilərin yeni sistemə inteqrasiyası nəzərdə tutulur. Artıq sentyabr ayından etibarən şirkət rəqəmli televiziya yayımı xidmətlərini tam istifadəyə verəcək. Üçüncü mərhələdə isə OTT xidmətlərinin göstərilməsi nəzərdə tutulub, bu xidmət vasitəsi ilə hətta Azərbaycandan kənarda yaşayan abunəçilər “Connect”in xidmətlərindən istifadə edə bilər.


Aynur Vəliyeva
 



Baxış sayı: 559

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024