Tarix:20/08/11
“Apple” şirkətinin mobil reklam üzrə vitse-prezidenti Endi Miller Boston şəhərindəki “Highland Capital” elmi-tədqiqat firmasına əsas partnyor kimi qoşulmaq üçün tezliklə şirkətdəki postunu tərk etməyi planlaşdırır.
Miller “Apple” şirkətinə 2010-cu ildə gəlib. “Apple” 275 milyon dollara 2006-cı ildə Millerin yaratdığı “Quattro” reklam xidmətini əldə edib.
Sazişə əsasən, “Quattro” və “Apple” xidmətlərinin ayrı olacağı nəzərdə tutulmuşdu, lakin avqust ayında “Quattro” bağlanmış və “Kupertino” elektronika istehsalçısı onun əvəzinə şəxsi reklam platformasını – “iAd”-i istifadəyə verib.
Endi Miller “Apple” şirkətində işə başladıqdan sonra “iAd” reklam platformasına rəhbərlik edib və birbaşa Stiv Cobsa hesabat verib. “iAd” platforması şirkətlərə müxtəlif formatlı interaktiv reklamları “iPhone” və “iPad” üçün proqramlar daxilində göstərməyi təklif edir.
Analitiklər qeyd ediblər ki, Miller “iAd” platformasının məşhur reklam xidməti olmasına kömək etməli idi, lakin o, bunu bacarmadı. Elan verənlərin əksəriyyəti mobil reklam seqmentində “Google” və “Facebook” şirkətləri ilə əməkdaşlıq etməyə üstünlük verirlər.
Onlar “Apple” şirkətində reklam qiymətlərinin yüksək, həmçinin reklam məzmununa sərt nəzarət olduğunu bildiriblər. Millerin gedişi ilə “Apple” şirkəti son 2 ildə bir neçə top-menecerini itirmiş olub.
Top-menecerlər “Apple” şirkətini tərk edirlər
“Apple” şirkətini növbəti dəfə yüksəkvəzifəli top-menecer tərk edib. O, mobil reklam üzrə vitse-prezident və “iAd” reklam platformasının rəhbəri Endi Millerdir.“Apple” şirkətinin mobil reklam üzrə vitse-prezidenti Endi Miller Boston şəhərindəki “Highland Capital” elmi-tədqiqat firmasına əsas partnyor kimi qoşulmaq üçün tezliklə şirkətdəki postunu tərk etməyi planlaşdırır.
Miller “Apple” şirkətinə 2010-cu ildə gəlib. “Apple” 275 milyon dollara 2006-cı ildə Millerin yaratdığı “Quattro” reklam xidmətini əldə edib.
Sazişə əsasən, “Quattro” və “Apple” xidmətlərinin ayrı olacağı nəzərdə tutulmuşdu, lakin avqust ayında “Quattro” bağlanmış və “Kupertino” elektronika istehsalçısı onun əvəzinə şəxsi reklam platformasını – “iAd”-i istifadəyə verib.
Endi Miller “Apple” şirkətində işə başladıqdan sonra “iAd” reklam platformasına rəhbərlik edib və birbaşa Stiv Cobsa hesabat verib. “iAd” platforması şirkətlərə müxtəlif formatlı interaktiv reklamları “iPhone” və “iPad” üçün proqramlar daxilində göstərməyi təklif edir.
Analitiklər qeyd ediblər ki, Miller “iAd” platformasının məşhur reklam xidməti olmasına kömək etməli idi, lakin o, bunu bacarmadı. Elan verənlərin əksəriyyəti mobil reklam seqmentində “Google” və “Facebook” şirkətləri ilə əməkdaşlıq etməyə üstünlük verirlər.
Onlar “Apple” şirkətində reklam qiymətlərinin yüksək, həmçinin reklam məzmununa sərt nəzarət olduğunu bildiriblər. Millerin gedişi ilə “Apple” şirkəti son 2 ildə bir neçə top-menecerini itirmiş olub.
Baxış sayı: 1880
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır