Tarix:23/05/14
ATU-nun I müalicə-profilaktika, II müalicə-profilaktika, pediatriya və hərbi tibb fakültələrinin son kurs tələbələri arasında attestasiya imtahanları isə adi üsulla keçiriləcək. Bu addım dövlət attestasiyası nəticələrinə görə məzuna müvafiq dərəcə və diplomun verilməsi haqqında qərar çıxarılmasında şəffaflığın daha da artırılması məqsədilə atılıb.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bununla bağlı qərara Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanovun 2014-cü ilin bakalavr, magistr və ali tibb təhsilinin baza tibb təhsili üzrə dövlət attestasiya komissiyasının rəhbərliyi və üzvləri ilə görüşdə gəlinib. ATU-nun prorektorları və tədris şöbəsinin əməkdaşlarının, 160-a yaxın komissiya üzvlərinin iştirak etdiyi görüşdə attestasiya imtahanlarının təşkili, qaydaları, məzunların hazırlıq dərəcəsinin təhsil standartının tələblərinə uyğunluğunun kompleks şəkildə qiymətləndirilməsinə dair müzakirələr aparılıb. Ə.Əmiraslanov komissiyanın işinin nəticələri əsasında mütəxəssis hazırlığının təkmilləşdirilməsi üzrə tövsiyələrin işlənilməsi haqda müvafiq göstərişlər verib.
Qeyd edək ki, "Təhsil haqqında" Qanuna uyğun olaraq ali təhsil müəssisələrində ayrı-ayrı əsas ixtisas fənlərinin və ali peşə təhsili proqramları başa çatarkən tələbələrin müvafiq olaraq həmin fənlər üzrə yekun və buraxılış dövlət attestasiyasından keçirilməsi məcburidir. Bu, ali təhsil müəssisəsində müvafiq baza təhsil proqramları üzrə təşkil olunmuş dövlət attestasiya komissiyaları tərəfindən həyata keçirilir.
SEYMUR
Kredit sistemi ilə təhsil alanlar kompüterlə imtahan verəcək
Bundan sonra Azərbaycan Tibb Universitetinin tibbi profilaktika və tibbi biologiya, stomatologiya və əczaçılıq fakültələrinin məzunları kredit sistemi ilə təhsil aldıqları üçün test üsulu ilə kompüterlə imtahandan keçəcəklər. Bu zaman Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1060 saylı 11.09.2008-ci il tarixli əmri ilə təsdiq edilən "Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında müvəqqəti Əsasnamə"də göstərilən şərtlər əsas götürüləcək.ATU-nun I müalicə-profilaktika, II müalicə-profilaktika, pediatriya və hərbi tibb fakültələrinin son kurs tələbələri arasında attestasiya imtahanları isə adi üsulla keçiriləcək. Bu addım dövlət attestasiyası nəticələrinə görə məzuna müvafiq dərəcə və diplomun verilməsi haqqında qərar çıxarılmasında şəffaflığın daha da artırılması məqsədilə atılıb.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bununla bağlı qərara Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanovun 2014-cü ilin bakalavr, magistr və ali tibb təhsilinin baza tibb təhsili üzrə dövlət attestasiya komissiyasının rəhbərliyi və üzvləri ilə görüşdə gəlinib. ATU-nun prorektorları və tədris şöbəsinin əməkdaşlarının, 160-a yaxın komissiya üzvlərinin iştirak etdiyi görüşdə attestasiya imtahanlarının təşkili, qaydaları, məzunların hazırlıq dərəcəsinin təhsil standartının tələblərinə uyğunluğunun kompleks şəkildə qiymətləndirilməsinə dair müzakirələr aparılıb. Ə.Əmiraslanov komissiyanın işinin nəticələri əsasında mütəxəssis hazırlığının təkmilləşdirilməsi üzrə tövsiyələrin işlənilməsi haqda müvafiq göstərişlər verib.
Qeyd edək ki, "Təhsil haqqında" Qanuna uyğun olaraq ali təhsil müəssisələrində ayrı-ayrı əsas ixtisas fənlərinin və ali peşə təhsili proqramları başa çatarkən tələbələrin müvafiq olaraq həmin fənlər üzrə yekun və buraxılış dövlət attestasiyasından keçirilməsi məcburidir. Bu, ali təhsil müəssisəsində müvafiq baza təhsil proqramları üzrə təşkil olunmuş dövlət attestasiya komissiyaları tərəfindən həyata keçirilir.
SEYMUR
Baxış sayı: 823
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır