Tarix:23/05/14
“Strategy Analytics”in direktoru Mett Uilkins qeyd edir ki, “Wi-Fi” vasitəsilə “smart” eynək istifadəçiləri çəkdikləri videoçarxları videofayl mübadilə saytlarına yükləyə biləcəklər. Mütəxəssislərin proqnozlarına görə, 2015-ci ildə istehsal olunan “ağıllı” eynəklərin 79 faizi “Wi-Fi”ı dəstəkləyəcək, belə qurğuların tədarük həcmi 2014-cü ildəki 1,2 milyon ədədə nisbətdə 4 milyon ədədə çatacaq.
Kompüterləşdirilmiş eynəklər bazarının hərəkətverici qüvvəsi kimi ekspert “Google” şirkətinin adını çəkərək vurğulayıb ki, bu seqmentə son nəticədə axtarış sisteminin rəqibi ola biləcək “Samsung” və “Apple” şirkətləri də maraq göstərir.
Həmkarının fikrini tamamlayan şirkətin digər mütəxəssisi Nil Mouston deyib ki, simsiz texnologiya “smart” eynək kimi daşınan qurğu sahiblərinə kontenti paylaşmaqla yanaşı, ondan istifadəyə imkan verəcək.
Öz növbəsində “Strategy Analytics”in baş analitiki Linda Sui əlavə edib ki, smartfon və planşet kompüterlərdən sonra daşınan elektronika mobil sahənin ən perspektivli istiqamətidir. Mütəxəssisin fikrincə, ABŞ və Çin daşınan elektronika qurğularının ən böyük regional bazarları olacaq, - “DailyComm www.dailycomm.ru” yazır.
“Wi-Fi” texnologiyası daşınan elektronika bazarında vacib rol oynayacaq
“Wi-Fi” simsiz rabitə texnologiyası aktiv şəkildə formalaşan daşınan elektronika bazarında mühüm rol oynayacaq. Bu fikri “Strategy Analytics” şirkətinin ekspertləri söyləyib. Analitiklərin sözlərinə görə, yaxın gələcəkdə istehsalçılar tərəfindən buraxılan kompüterləşdirilmiş eynəklərin əksəriyyəti quraşdırılmış “Wi-Fi” funksiyaları ilə təchiz ediləcək.“Strategy Analytics”in direktoru Mett Uilkins qeyd edir ki, “Wi-Fi” vasitəsilə “smart” eynək istifadəçiləri çəkdikləri videoçarxları videofayl mübadilə saytlarına yükləyə biləcəklər. Mütəxəssislərin proqnozlarına görə, 2015-ci ildə istehsal olunan “ağıllı” eynəklərin 79 faizi “Wi-Fi”ı dəstəkləyəcək, belə qurğuların tədarük həcmi 2014-cü ildəki 1,2 milyon ədədə nisbətdə 4 milyon ədədə çatacaq.
Kompüterləşdirilmiş eynəklər bazarının hərəkətverici qüvvəsi kimi ekspert “Google” şirkətinin adını çəkərək vurğulayıb ki, bu seqmentə son nəticədə axtarış sisteminin rəqibi ola biləcək “Samsung” və “Apple” şirkətləri də maraq göstərir.
Həmkarının fikrini tamamlayan şirkətin digər mütəxəssisi Nil Mouston deyib ki, simsiz texnologiya “smart” eynək kimi daşınan qurğu sahiblərinə kontenti paylaşmaqla yanaşı, ondan istifadəyə imkan verəcək.
Öz növbəsində “Strategy Analytics”in baş analitiki Linda Sui əlavə edib ki, smartfon və planşet kompüterlərdən sonra daşınan elektronika mobil sahənin ən perspektivli istiqamətidir. Mütəxəssisin fikrincə, ABŞ və Çin daşınan elektronika qurğularının ən böyük regional bazarları olacaq, - “DailyComm www.dailycomm.ru” yazır.
Baxış sayı: 616
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır