12px13px15px17px
Tarix:23/05/14

Azərbaycanlı alimlər rəqəmsal geoloji xəritə və məlumat bazalarının yaradılması üzrə Parisdə təlim kursunda iştirak edirlər

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) gənc alimləri Parisdə təlim kursunda iştirak edirlər. Tofiq Rəşidov, Fuad Əliyev və Ülvi Vahabov Pyer və Mariya Kyuri Universitetində “ArcGİS” xəritəçəkmə proqramını öyrənirlər. 
 
AMEA Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, kurs GGİ, Fransanın adıçəkilən universiteti və Dünyanın Geoloji Xəritəsi üzrə Komissiyası arasındakı əməkdaşlıq çərçivəsində həyata keçirilir. Məqsəd gənc alimlərə bu proqramı daha dərindən öyrətməklə rəqəmsal geoloji xəritələrin və müxtəlif məlumat bazalarının yaradılması sahəsində təcrübə və imkanları artırmaqdır.
 
 Təlim Pyer və Mariya Kyuri Universitetinin tanınmış mütəxəssisi Dr. Bruno Vrielink tərəfindən keçirilir və sonda yeni geoloji xəritənin elektron mühitdə məlumat bazasının işlənib hazırlanması nəzərdə tutulur. İyirmi günlük kurs mayın 30-da bitəcək.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 683

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Noyabr 2024

26 11 2024