12px13px15px17px
Tarix:24/05/14

Dünyanın ən sürətli robotu üçün vəsait toplanışına başlanılıb

Florida ştatının mühəndisləri smartfondan distansiyalı radioidarəetmə funksiyalı dünyanın ən sürətli robotu üçün vəsait toplanışına başlayıb. Mexanizm “OutRunner” adlanır və 32 km/saat sürətədək hərəkət edə bilir. 

Alimlərin sözlərinə görə, “OutRunner” istənilən yer səthində - asfalt, torpaq, ot, çınqılda və s. hərəkət edə bilir. Robot, həmçinin təpələri və enişləri sərbəst şəkildə dəf edə bilir.
“OutRunner” Florida İnsan və Kompüter Koqnitiv Bacarıqları İnstitutunun bazasında “Robotics Unlimited” şirkəti tərəfindən hazırlanıb.  

Robot hər birinin üç ayağı olduğu iki disklə təchiz edilib. Disklər bir-birinin yerini dəyişərək bütün mexanizmin gücünün artmasını təmin edir. Bu zaman onun ağırlıq mərkəzi disklərin fırlanma oxunun aşağı hissəsində yerləşir ki, bu da mexanizmin möhkəmliyinə şərait yaradır.

“Robotics Unlimited” robotun xarici görünüşcə bir-birinə oxşar olan iki modelini təklif edir: "Core” və “Performance”. 16 km/saat sürətlə hərəkət edən “OutRunner Core” 1 saatlıq iş üçün batareyaya malikdir. “OutRunner Performance” saatda 32 km sürətlə hərəkət edir və 2 saat işləyə bilir. Bu model güclü elektrik mühərriki sayəsində sürəti iki dəfə tez yığır.  

Bundan başqa, “OutRunner Performance” modeli “HD” formatlı kamera, “Wi-Fi”, akselerometr, giroskopa malikdir və istifadəçinin istəyinə uyğun 6, 8, 10 və ya 12 (dəstdə 12 ayaq olur) ayaqla təchiz edilir. “OutRunner Core”u xüsusi bərkidici ilə kamera ilə komplektləşdirmək mümkün olsa da, istifadəçi bunu özü etməlidir.   

Bu modelin hündürlüyü 50 sm, çəkisi 1,4 kq təşkil edir. “OutRunner Performance” ondan 70 sm hündür və 2,3 kq ağırdır.

“OutRunner Performance”ın daha bir üstünlüyü onun aparat və proqram təminatının yenilənməsinin dəstəklənməsindədir.


“Robotics Unlimited” şirkəti 8 iyun 2014-cü ilədək layihə üçün 150 min dollar toplamaq niyyətindədir. Hazırda 44,4 min dollar məbləğində vəsait toplanıb.

Şirkət investorlara layihənin tədarükünü 2014-cü ilin iyulundan başlamağı planlaşdırır, - "CNews www.cnews.ru” yazır. 



Baxış sayı: 431

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 İyun 2020

03 06 2020

03/06/20
2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük həcmi 7% azalacaq

“Canalys”in analitiklərinin proqnozuna görə, 2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük h

03/06/20
“5G” dəstəkli “Honor” smartfonları təqdim olunub

“Honor” brendi Çində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən “Honor Play 4” və

03/06/20
Dünya fərdi kompüter və planşetlər bazarında azalma gözlənilir

“Canalys” şirkəti bu il dünya fərdi kompüter və planşetlər bazarında kəskin azalmanı proqnozlaşdıraraq bu

03/06/20
“Facebook” köhnə nəşrləri "toplu" şəkildə silməyə imkan verib

“Facebook” sosial şəbəkəsi tərəfindən hazırlanmış alət vasitəsilə istifadəçilər öz hesablarından rəqəmli

03/06/20
“Android” üçün təhlükəli proqramlar aşkar edilib

“Google Play Store” internet mağazasında “Android” sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş iki mob

03/06/20
Orta qiymət sinfinə məxsus ən güclü smartfonların reytinqi tərtib edilib

Mobil qurğuların məhsuldarlığını qiymətləndirmək üçün nəzərdə tutulmuş “AnTuTu” proqramının yaradıcıları

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.