Tarix:24/05/14
Yaponiya Milli Turizm Agentliyi tərəfindən 2011-ci ildə aparılan tədqiqatdan məlum olub ki, xaricdən gələn vətəndaşların təxminən dörddə bir hissəsi gündoğar ölkədə “Wi-Fi” şəbəkəsi ilə internetə çıxış üçün çətinliklərlə üzləşir. Bu, dil və nəqliyyat çətinlikləri ilə yanaşı, başlıca problemlərdən biri hesab edilir.
Problemin həlli üçün bu yay Yaponiya Daxili İşlər və Rabitə Nazirliyi, Milli Turizm Agentliyi və telekommunikasiya nəhəngləri “NTT” və “KDDI” şirkətlərinin iştirakı ilə xüsusi komitə yaradılacaq.
Nəzərdə tutulur ki, ölkəyə gələn xarici turistlər pasport təqdim etməklə aeroport və ya identifikatorların verilmə məntəqələrində xüsusi identifikator ala biləcəklər. Bundan başqa, belə İT kodları xüsusi mobil əlavə vasitəsilə yükləmək mümkün olacaq. Nəticədə identifikator müxtəlif ictimai yerlərdə “Wi-Fi” şəbəkələrinə pulsuz qoşulmağa imkan verəcək.
Təşəbbüs təşkilatçıları identifikatorların emalı üçün sistem hazırlayaraq tətbiq etməlidirlər. Proqramın hotel, nəqliyyat infrastrukturu iştirakçıları tərəfindən dəstəklənəcəyi güman edilir. Sistemin 2016-cı ildə istifadəyə verilməsi planlaşdırılır, - “3DNews www.3dnews.ru” yazır.
Yaponiya turistləri internetə pulsuz “Wi-Fi” çıxışı ilə təmin edəcək
Yaponiya hökuməti, "Nippon Telegraph and Telephone” (NTT) korporasiyası və bir sıra digər yerli bazar iştirakçıları ölkə ərazisində xarici turistləri pulsuz “Wi-Fi” çıxışı ilə təmin edəcək.Yaponiya Milli Turizm Agentliyi tərəfindən 2011-ci ildə aparılan tədqiqatdan məlum olub ki, xaricdən gələn vətəndaşların təxminən dörddə bir hissəsi gündoğar ölkədə “Wi-Fi” şəbəkəsi ilə internetə çıxış üçün çətinliklərlə üzləşir. Bu, dil və nəqliyyat çətinlikləri ilə yanaşı, başlıca problemlərdən biri hesab edilir.
Problemin həlli üçün bu yay Yaponiya Daxili İşlər və Rabitə Nazirliyi, Milli Turizm Agentliyi və telekommunikasiya nəhəngləri “NTT” və “KDDI” şirkətlərinin iştirakı ilə xüsusi komitə yaradılacaq.
Nəzərdə tutulur ki, ölkəyə gələn xarici turistlər pasport təqdim etməklə aeroport və ya identifikatorların verilmə məntəqələrində xüsusi identifikator ala biləcəklər. Bundan başqa, belə İT kodları xüsusi mobil əlavə vasitəsilə yükləmək mümkün olacaq. Nəticədə identifikator müxtəlif ictimai yerlərdə “Wi-Fi” şəbəkələrinə pulsuz qoşulmağa imkan verəcək.
Təşəbbüs təşkilatçıları identifikatorların emalı üçün sistem hazırlayaraq tətbiq etməlidirlər. Proqramın hotel, nəqliyyat infrastrukturu iştirakçıları tərəfindən dəstəklənəcəyi güman edilir. Sistemin 2016-cı ildə istifadəyə verilməsi planlaşdırılır, - “3DNews www.3dnews.ru” yazır.
Baxış sayı: 661
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır