12px13px15px17px
Tarix:24/05/14

Mərkəzi Kitabxananın İnformasiya Resursları Mərkəzi əməkdaşları üçün seminara başlayır

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) yeni açılmış Mərkəzi Kitabxananın İnformasiya Resursları Mərkəzinin (İRM) bir qrup əməkdaşı təcrübə mübadiləsi etmək məqsədi ilə ADA Universitetinə ezam olunublar.
 
Universitetin Kitabxana-İnformasiya fakültəsinin dekanı Marta Speies bildirib ki, İRM-nin İnformasiya Texnologiyaları və Kitabxana şöbələrindən olan 12 nəfərlik heyətə seminar keçirilməsi nəzərdə tutulub.
 
AMEA Mərkəzi Kitabxanasının ictimaiyyətlə əlaqələrə məsul əməkdaşı Ruslan Kərimov qeyd edib ki, mayın 26-sı olacaq ikigünlük seminarda beynəlxalq kitabxana standartları, çap və elektron kitabların bir sistemdə qeydiyyata salınması, kitabxana xidmətlərinin göstərilməsi və başqa praktiki mövzulara toxunulacaq.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1045

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024