12px13px15px17px
Tarix:26/05/14

“SCiO” mini-skaneri istənilən obyektin tərkibini müəyyənləşdirəcək

Dünyanın ilk yığcam molekulyar "SCiO" skaneri istənilən obyektin tərkibini müəyyənləşdirəcək.
"Consumer Physics" şirkəti tərəfindən hazırlanmış "SCiO" mini-skanerinin çəkisi 20 qram təşkil edir.  Bu qurğu ölçüsünə görə USB fləş-kartdan cüzi böyükdür.

"ICTnews" elektron xəbər xidməti "naked-science.ru" saytına istinadən bildirir ki, istənilən obyektin kimyəvi tərkibini ani müəyyənləşdirən dünyanın ilk portativ molekulyar skaneri NIR-spektroskopiya prinsipi üzrə işləyir.

İsrail mütəxəssisləri tərəfindən yaradılmış qurğu, məsələn, nəfəs aldığımız hava, içdiyimiz suyun tərkibini müəyyənləşdirir. Cihaz smartfona qoşulur və xüsusi tətbiqlərin köməyi ilə maddələrin kimyəvi tərkibini müəyyənləşdirir.

Qurğunun 2015-ci ilin yanvarında satışa çıxarılacağı gözlənilir.

Emil Hüseynov
 



Baxış sayı: 574

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024