Tarix:26/05/14
“SingTel” bildirir ki, “4G ClearVoice”un üstünlüklərindən biri bağlantının iki saniyəyə qurulmasındadır, halbuki adi mobil zənglər beş saniyəyə birləşdirilir. Bundan başqa, operator mobil telefonlarda adi danışıq zamanı olan səsdən daha təmiz səsə təminat verir. Belə ki, “VoLTE” daha geniş tezlik spektrini ötürməyə imkan verir ki, nəticədə səs təbii səslənir. Bundan əlavə, fon səs-küyünün azalması da qeyd olunur.
Dördüncü nəsil rabitəsi (LTE) ilə bağlantı itirilən zaman rabitə avtomatik “3G” şəbəkəsinə keçir. Servis “Ericsson” və “Samsung” şirkətləri ilə tərəfdaşlıqda yaradılıb. “Ericsson” avadanlıq təqdim edib, “Samsung” isə “4G ClearVoice” vasitəsilə öz məhsullarının satışını genişləndirir. Xidmətdən ilk öncə “Samsung Galaxy Note 3” smartfon sahibləri istifadə edə biləcək, - “Computerworld www.osp.ru” yazır.
Sinqapurda dünyanın ilk “LTE” şəbəkəli səsli rabitə xidməti istifadəyə verilib
Sinqapurun “SingTel” operatoru dünyanın ilk “LTE” şəbəkəsi ilə işləyən tamfunksional kommersiya “4G ClearVoice” səsli rabitə xidmətini (Voice over LTE, VoLTE) istismara verib. Mayın 31-dən etibarən servisdən mobil rabitə faktura abunəçiləri istifadə edə biləcək. “VoLTE” üçün ödəniş aylıq standart səsli rabitə paketinin dəqiqələrindən hesablanacaq.“SingTel” bildirir ki, “4G ClearVoice”un üstünlüklərindən biri bağlantının iki saniyəyə qurulmasındadır, halbuki adi mobil zənglər beş saniyəyə birləşdirilir. Bundan başqa, operator mobil telefonlarda adi danışıq zamanı olan səsdən daha təmiz səsə təminat verir. Belə ki, “VoLTE” daha geniş tezlik spektrini ötürməyə imkan verir ki, nəticədə səs təbii səslənir. Bundan əlavə, fon səs-küyünün azalması da qeyd olunur.
Dördüncü nəsil rabitəsi (LTE) ilə bağlantı itirilən zaman rabitə avtomatik “3G” şəbəkəsinə keçir. Servis “Ericsson” və “Samsung” şirkətləri ilə tərəfdaşlıqda yaradılıb. “Ericsson” avadanlıq təqdim edib, “Samsung” isə “4G ClearVoice” vasitəsilə öz məhsullarının satışını genişləndirir. Xidmətdən ilk öncə “Samsung Galaxy Note 3” smartfon sahibləri istifadə edə biləcək, - “Computerworld www.osp.ru” yazır.
Baxış sayı: 637
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır