12px13px15px17px
Tarix:27/05/14

Azərbaycanın sığorta-pensiya sisteminin informasiya-kommunikasiya texnologiyalarının tətbiqi beynəlxalq forumda maraqla qarşılanıb

Azərbaycan İstanbulda (Türkiyə) Dünya Bankının “İnformasiya sistemlərinin idarə edilməsi və sosial müdafiə proqramlarının modernləşdirilməsi” mövzusunda Avropa və Mərkəzi Asiya ölkələri üzrə Regional Forumda təmsil olunub.
 
Dövlət Sosial Müdafiə Fondundan (DSMF) “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, forumda Azərbaycanı təmsil edən nümayəndə heyətinin tərkibinə Nazirlər Kabinetinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və DSMF-nin əməkdaşları iştirak ediblər.
Tədbirdə  DSMF-nin İnformasiya texnologiyaları şöbəsinin müdiri Sabir Qocayevin Azərbaycanın sığorta-pensiya sisteminin informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə effektiv idarə olunması mövzusunda təqdimatı maraqla qarşılanıb.
 
Forum  çərçivəsində region ölkələrinin sığorta-pensiya sistemlərində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, mərkəzləşdirilmiş informasiya sistemlərinin yaradılması və təkmilləşdirilməsi üzrə müxtəlif ölkələrin təcrübəsi, nailiyyətləri və problemləri haqda danışılıb və müzakirə edilib.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 698

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024