12px13px15px17px
Tarix:27/05/14

"ORACLE" tərəfindən "SİNAM" şirkətinin "Platinum Partner" statusu resertifikasiya edilib

"Oracle Partner Network" (OPN) partnyorluq proqramı çərçivəsində "ORACLE" tərəfindən "SİNAM" şirkətinin "Platinum Partner" statusu resertifikasiya edilib.
 
"SİNAM-"dan  "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, statusun resertifikasiyası çərçivəsində şirkət bütün sertifikatlaşma tələblərini yerinə yetirib və  aşağıda göstərilən beş ixtisaslaşmanın, o cümlədən  "Oracle Database" 11g, "Oracle Business Intelligence Foundation" 10g, "Data Warehousing",  "Oracle Solaris" 10, "Performance Tuning"in mövcudluğunu nümayiş etdirib.
 
Platinum əməkdaşlıq statusu "Oracle" həlləri, texnologiyaları və mütəxəssislərin peşəkar ixtisaslaşması üzrə şirkətin səlahiyyətlərinin yüksək səviyyəsinə dəlalət edir. Bu fakt şirkətin portfoliosunda məhsullar üzrə ixtisaslaşmaların geniş spektrinin  mövcudluğunu göstərir. "Oracle" biznes tətbiqlərinin, baza texnologiyalarının müvəffəqiyyətlə həyata keçirilməsi, inteqrasiyası və müşayiətinin çoxillik təcrübəsini təsdiq edir.
 
"Oracle Platinum Partner" statusu şirkətin "Oracle"dan olan dəstəyinin genişləndirilmiş infrastrukturunu, təlim üzrə hərtərəfli imtiyazları, birgə marketinqi, layihə öncəsi konsaltinqi və ən yeni "Oracle" texnologiyalarından və həllərindən istifadə imkanlarını təmin edir.
 
 "SİNAM" şirkəti bu status çərçivəsində qazanılmış üstünlüklərdən biznesin miqyasının genişləndirilməsi,  müştərilərin loyallığının artırılması, onlara "Oracle" qabaqcıl həllərindən və texnologiyalarından istifadə hesabına öz biznesinin effektivliyinin artımı üçün yeni imkanlar vermək üçün istifadə etmək niyyətindədir.
 
Belə ki, şirkət artıq "VTB Bank Azərbaycan" ASC tərəfindən "Oracle" proqram təminatı üzrə lisenziyaların satınalınması ilə bağlı təkliflər sorğusunda iştirak edib. Sorğuda Azərbaycanın 10-a yaxın aparıcı İT şirkəti iştirak edib və qalib gəlib. Hazırda "SİNAM"-la
"VTB Bank Azərbaycan" ASC arasında müqavilənin imzalanması və əməkdaşlığın həyata keçirilməsi üzrə danışıqlar aparılır.
 
Aynur Vəliyeva



Baxış sayı: 581

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024