12px13px15px17px
Tarix:27/05/14

Vüqar Əliyev: “Sosial şəbəkələrdə məsuliyyət hissinin minimum standartlara da cavab vermədiyi müşahidə edilir”

“Biz artıq sosial şəbəkələrdə məsuliyyət hissinin minimum standartlara da cavab vermədiyini müşahidə edirik. Bu, təkcə Azərbaycanda deyil, bütün dünyada belədir”. Bu fikirləri “ICTnews” xəbər xidmətinə verdiyi açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev söyləyib. Sektor müdiri bildirib ki, artıq bəzi ölkələrdə məsuliyyətliliyin tənzimlənməsi ilə bağlı məsələlər qaldırılır.
 
 “Hesab edirəm ki, virtual məkan bütün dünyanı əhatə etdiyinə görə, bu fəaliyyəti istiqamətləndirən və ayrı-ayrı dövlətlərə məxsus olan şirkətlər də təkcə bununla bağlı qərar qəbul etməli deyil, eyni zamanda  milli qanunvericiliklə qadağan olunmuş fəaliyyəti təcrid etməyə imkan verməlidir. Sosial şəbəkə istifadəçiləri də yaşadığı ölkənin qanunvericiliyi qarşısında məsuliyyət daşımalıdır” – deyən V.Əliyev əlavə edib ki, virtual informasiya məkanının genişlənməsi hər bir ölkə və xalq üçün öz həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasıdır.
 
 Onun fikrinə görə, sosial şəbəkələrin müsbət tərəfləri ilə yanaşı, müəyyən mənfi tərəfləri də mövcuddur. Belə ki, sözügedən şəbəkələrdəki məsuliyyətsizlik cəmiyyətin həyatına kənar müdaxilələrə yol açır. Sektor müdirinin sözlərinə görə, bir tərəfdən vətəndaşın öz fikirlərini sərbəst şəkildə ifadə etmək hüququnun reallaşması üçün əlverişli şərait yaranırsa, digər tərəfdən də milli informasiya mühitinin pozulmasına və nəticə etibarilə milli dəyərlər sisteminin mənfi təsirlərə məruz qalmasına, xarici dairələr tərəfindən yerli ictimai rəyin və siyasi proseslərin məqsədli şəkildə yönəldilməsinə və cəmiyyətin həyatına kənar müdaxilələrə şərait yaradır.
 
 “Qlobal informasiya mühitinin mənfi və müsbət təzahürləri dövlətin informasiya siyasətini, cəmiyyətin informasiya təhlükəsizliyi məsələlərini aktuallaşdırır” – deyə V.Əliyev bildirib.
 
 
Seymur Qasımbəyli
 



Baxış sayı: 763

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024