12px13px15px17px
Tarix:27/05/14

“Google” istifadəçilərin evlərini müşahidə etmək istəyir

“Google” şirkətinin “Nest” bölməsi “Dropcam” videokameralar istehsalçısını satın almaq imkanını nəzərdən keçirir.

Bununla da  mühafizə texnologiyaları bazarına çıxaraq müştərilərə ev üçün videomüşahidə sistemini təklif etmək istəyir. Bu haqda “The Information” texnologiya bloqu məlumat yayıb.

“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Google”un yanvarda 3.2 milyard dollara satın aldığı “Nest” şirkəti hazırda elektrik enerjisi, tüstü və karbon qazı ötürücüsü ilə təchiz edilmiş məişət termostatları buraxır.

“Dropcam” texnologiyasının satın alınması “Nest” şirkətini öz məhsul xəttini videomüşahidə sistemləri ilə genişləndirməyə imkan verəcək. “Dropcam” videoçəkilişi kompüter və mobil qurğulara yayımlayan internetə qoşulu 150 dollarlıq kameralar istehsal edir.

Emil Hüseynov
 
 



Baxış sayı: 683

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024