Tarix:27/05/14
“ICTnews” elektron xəbər xidmətinin NK-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, dəyişikliklərə əsasən, “Elektron xidmət növlərinin Siyahısı”nda 33.2-ci bəndə “icazənin alınması” sözlərindən sonra “(müddətinin uzadılması)” sözləri əlavə edilib.
Bununla yanaşı, 33.3-cü bənddə “yaşamaq məqsədi ilə (immiqrant statusu almaq üçün) icazənin alınması” sözləri “yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması)” sözləri, 33.4-cü və 33.5-ci bəndlərdə “Əcnəbinin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi məqsədi ilə fərdi icazənin” sözləri “Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin” sözləri ilə əvəz edilib.
“Azərbaycan Respublikasında 3 gündən artıq müvəqqəti olan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınması üçün müraciətin və sənədlərin qəbulu” məzmunlu 33.5-1-ci bənd əlavə edilib.
CAHANGİR
Dövlət Miqrasiya Xidmətinin elektron xidmətlərində dəyişikliklər edilib
Azərbaycan Nazirlər Kabineti “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edib.“ICTnews” elektron xəbər xidmətinin NK-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, dəyişikliklərə əsasən, “Elektron xidmət növlərinin Siyahısı”nda 33.2-ci bəndə “icazənin alınması” sözlərindən sonra “(müddətinin uzadılması)” sözləri əlavə edilib.
Bununla yanaşı, 33.3-cü bənddə “yaşamaq məqsədi ilə (immiqrant statusu almaq üçün) icazənin alınması” sözləri “yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması)” sözləri, 33.4-cü və 33.5-ci bəndlərdə “Əcnəbinin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi məqsədi ilə fərdi icazənin” sözləri “Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin” sözləri ilə əvəz edilib.
“Azərbaycan Respublikasında 3 gündən artıq müvəqqəti olan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınması üçün müraciətin və sənədlərin qəbulu” məzmunlu 33.5-1-ci bənd əlavə edilib.
CAHANGİR
Baxış sayı: 607
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır