Tarix:29/05/14
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, Brinin sözlərinə görə, sosial şəbəkə üzərində iş onun üçün səhv olub, çünki o, heç də sosial insan deyil. "Google"un həmtəsisçisi deyib ki, məsələn, o, "Google+" şəbəkəsindən uşaqlarının şəkillərini ailəsinə nümayiş etdirmək üçün istifadə edib.
Xatırladaq ki, Serqey Brin şirkətin hazırkı baş direktoru Larri Peyc ilə birgə 1998-ci ildə "Google" şirkətini təsis ediblər. Hazırda o, "Google X" məxfi laboratoriyasında innovasiya həlləri ilə məşğul olur. Brin "Code" konfransında sürücüsüz avtomobil prototipini nümayiş etdirib.
"Google+" sosial şəbəkəsi 2011-ci ilin iyununda "Facebook"a rəqib kimi çıxarılıb. "Google+" sosial şəbəkəsinin aylıq auditoriyası təxminən 300 milyon istifadəçi təşkil edir.
Emil Hüseynov
“Google”un həmtəsisçisi “Google+” sosial şəbəkəsi üzərində işini uğursuz adlandırıb
"Google" şirkətinin həmtəsisçisi Serqey Brin etiraf edib ki, "Google+" sosial şəbəkə layihəsi üzərində iş onun üçün səhv olub. O, bu haqda "Code" konfransında deyib."ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, Brinin sözlərinə görə, sosial şəbəkə üzərində iş onun üçün səhv olub, çünki o, heç də sosial insan deyil. "Google"un həmtəsisçisi deyib ki, məsələn, o, "Google+" şəbəkəsindən uşaqlarının şəkillərini ailəsinə nümayiş etdirmək üçün istifadə edib.
Xatırladaq ki, Serqey Brin şirkətin hazırkı baş direktoru Larri Peyc ilə birgə 1998-ci ildə "Google" şirkətini təsis ediblər. Hazırda o, "Google X" məxfi laboratoriyasında innovasiya həlləri ilə məşğul olur. Brin "Code" konfransında sürücüsüz avtomobil prototipini nümayiş etdirib.
"Google+" sosial şəbəkəsi 2011-ci ilin iyununda "Facebook"a rəqib kimi çıxarılıb. "Google+" sosial şəbəkəsinin aylıq auditoriyası təxminən 300 milyon istifadəçi təşkil edir.
Emil Hüseynov
Baxış sayı: 678
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib