Tarix:29/05/14
Tədbir Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkında (Yüksək Texnologiyalar Parkı – “YT Park” MMC, Bakı AZ 1010, ünvan: Nizami küç.,129E. AF Business House -3-cü mərtəbə; tel:+994 12 310 1400; fax: +994 12 493 4100; www.hightech.az) təşkil olunacaq.
“Etohum” qurulduğu gündən ötən 6 il ərzində 300-dən çox mentor və 40-dan çox özəl investorlarla əməkdaşlıq edərək 200-ə yaxın layihəni seçmiş və onlara dəstək verib. Bu layihələr arasında Türkiyənin qabaqcıl internet şirkətləri –“Grupanya”, “Balerin”, “Evidea”, “Pembepanjur”, “İndirdik”, “İnfodif”, “Ehil”, “Gamester”, “Userspots”, “Connected2me”, “Dekoreko” kimi şirkətlər də var.
Bakıda sayca ikinci olan bu görüşün əsas məqsədi internet sahibkarlığı sahəsində Türkiyənin tanınmış şirkətlərinin sahibləri və əməkdaşlarının milli startupçılarımızla qazandıqları uğur və təcrübələri bölüşərək, onların innovasiya məhsullarının və yüksək texnologiyalarının daha tez kommersiyalaşdırılmasında köməklik göstərməkdir.
ABŞ şirkəti olan “Hazelcast” qurucusu Fuad Məlikov, Türkiyənin bir çox şirkətlərinin, o cümlədən “212 Vençur Kapitalı” şirkətindən Numan Numan, “Sporx” qurucusu İlkan Gökyılmaz, “Monitera” qurucuları Metin Kahraman, Harun Pekşen də məruzəçi qismində bu görüşdə iştirak edəcəklər.
Həqiqət İSABALAYEVA
Yüksək Texnologiyalar Parkında növbəti beynəlxalq tədbir keçiriləcək
Cari ilin 30 may – 01 iyun tarixlərində paytaxtımızda Türkiyənin ən böyük startup tədbirlərindən olan “Etohum”-un Bakı toplantısı keçiriləcək.Tədbir Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkında (Yüksək Texnologiyalar Parkı – “YT Park” MMC, Bakı AZ 1010, ünvan: Nizami küç.,129E. AF Business House -3-cü mərtəbə; tel:+994 12 310 1400; fax: +994 12 493 4100; www.hightech.az) təşkil olunacaq.
“Etohum” qurulduğu gündən ötən 6 il ərzində 300-dən çox mentor və 40-dan çox özəl investorlarla əməkdaşlıq edərək 200-ə yaxın layihəni seçmiş və onlara dəstək verib. Bu layihələr arasında Türkiyənin qabaqcıl internet şirkətləri –“Grupanya”, “Balerin”, “Evidea”, “Pembepanjur”, “İndirdik”, “İnfodif”, “Ehil”, “Gamester”, “Userspots”, “Connected2me”, “Dekoreko” kimi şirkətlər də var.
Bakıda sayca ikinci olan bu görüşün əsas məqsədi internet sahibkarlığı sahəsində Türkiyənin tanınmış şirkətlərinin sahibləri və əməkdaşlarının milli startupçılarımızla qazandıqları uğur və təcrübələri bölüşərək, onların innovasiya məhsullarının və yüksək texnologiyalarının daha tez kommersiyalaşdırılmasında köməklik göstərməkdir.
ABŞ şirkəti olan “Hazelcast” qurucusu Fuad Məlikov, Türkiyənin bir çox şirkətlərinin, o cümlədən “212 Vençur Kapitalı” şirkətindən Numan Numan, “Sporx” qurucusu İlkan Gökyılmaz, “Monitera” qurucuları Metin Kahraman, Harun Pekşen də məruzəçi qismində bu görüşdə iştirak edəcəklər.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 971
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır