12px13px15px17px
Tarix:29/05/14

Asiya ölkələrinin dünya TV bazarını xilas edəcəyi proqnozlaşdırılır

"Digital TV Research" proqnozlarına əsasən, 2020-ci ilədək dünyanın ödənişli TV sənayesinin hasilatı 209 milyard dollaradək artacaq.
 
"ICTnews" xəbər xidmətinin "www.tdaily.ru" saytına istinadən verdiyi məlumata əsasən, beləliklə, 2010-cu ildən 2013-cü ilədək müşahidə olunan 24 milyard dollar həcmində  maksimal artım tempi təkrar olunmayacaq.
 
Şimali Amerikanı TV sənayesinin zəifləməsi gözləyir: yaxın yeddi il ərzində onun həcmi 9,2% azalacaq. Müqayisə üçün bildirilib ki, Qərbi Avropada isə bu göstərici 1,6% azalacaq. Vəziyyəti Asiya – Sakit Okean regionu xilas edəcək, burada ödənişli TV operatorlarının hasilatı  15 milyard dollar (47% yaxın) təşkil edəcək.
 



Aşağıdakı qrafikdə regionlar üzrə ödənişli TV-nin mədaxili milyard dollarla göstərilib:

Yuxarıda göstərilənlərə baxmayaraq, ABŞ dünyada ən iri ödənişli TV və əlavə servislər bazarı olaraq qalacaq. Bu bazarın ümumi azalması yaxın üç ildə 7,9 milyard dollar təşkil edəcək.
 
Kabel televiziyası sektoru yaxın yeddi ildə 11,9 milyard dollar itirəcək, bu arada analoq şəbəkələrin mədaxili 2013-cü ildəki 5,1 milyard dollardan 2015-ci ildə sıfıradək azalacaq.

Rəqəmli kabel şəbəkələrin mədaxili 2020-ci ildə 30,5 milyard dollaradək azalacaq. Əksinə,  peyk TV seqmenti 1,5 milyard dollar, IPTV  2,5 milyard dollar artacaq.
 
Mədaxil həcminə görə peyk televiziyası kabel televiziyasını 2014-cü ildə ötəcək. 2020-ci ilədək isə peyk operatorlarının gəlirləri 99,9 milyardadək artacaq, halbuki 2013-cü ildə onların gəlirlərinin həcmi 87,8 milyard dollar təşkil edib.

Rəqəmli kabel televiziyasının mədaxili peyk televiziyasından sonra ikinci yeri tutacaq və 2020-ci ilədək 67,2 milyard dollardan 79 milyard dollaradək artacaq. IPTV operatorlarının mədaxili 2020-ci ilədək  16 milyard dollardan 26,1 milyard dollaradək artacaq.

Aynur Vəliyeva
 



Baxış sayı: 603

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024