Tarix:30/05/14
Yarışın məqsədi sahibkarlıq fəaliyyətinə gəncləri təşviq etmək, onları innovativ layihələrə cəlb etmək, bu istiqamətdə maraqlarını artırmaq, azad sahibkarlığın ideyasını tələbələr arasında təbliğ etmək, tələbələrin təşkilatçılıq, idarəçilik və komandada işləmək bacarıqlarını inkişaf etdirməkdən ibarətdir. Proqramın sosial əhəmiyyəti – insanların həyat və yaşam standartlarının yaxşılaşdırılması, gənclərin məşğulluğuna dəstəyin göstərilməsi və biznesin gücü vasitəsilə insanların həyatının müsbətə doğru dəyişdirilməsidir.
Məlumat üçün bildirək ki, "Bizim Sahibkarlıq Fəaliyyətimiz" (Entrepreneurial Action Us - Enactus) beynəlxalq proqramının əsası 1975-ci ildə ABŞ universitetləri tərəfindən qoyulub. 2012-ci ilə qədər proqramın adı "Tələbələr azad sahibkarlıq fəaliyyətində (Students in free enterprises – SİFE)" olub. 1996-cı ildən etibarən dünyanın bir çox ölkələrində proqram üzrə milli yarışlar keçirilməyə başlanılıb və 2001-ci ilin iyul ayında ilk dəfə Londonda Dünya Kuboku yarışı keçirilib. 2005-ci ildən Azərbaycan "SİFE – Enactus" proqramına qoşulub, 2006-cı ildən isə Dünya Kubokları yarışlarında iştirak etmək hüququnu qazanıb. Dünya üzrə "Enactus" proqramına 50-yə yaxın ölkə, 1600-dən çox ali təhsil müəssisəsi və 50000-dən yuxarı tələbə qoşulub.
"Enactus" proqramı üzrə milli yarışda iştirakçı komandalar liqalara bölünür və qalibiyyət uğrunda mübarizə aparır. İnnovativ yanaşmaya, layihələrin sosial effektinə, ekoloji standartların qorunmasına, biznes etikanın gözlənilməsinə, maliyyə idarəçiliyinə, nitq qabiliyyətinə və digər meyarlara əsasən qalib komanda müəyyən edilir.
Qeyd etmək lazımdır ki, "Enactus" proqramı üzrə yarış biznes və təhsil sahəsində işgüzar danışıqların aparılması məqsədilə gənclər üçün yaradılan platformadır.
2013/2014 tədris ilində "Enactus" proqramına 11 komanda qoşulub və 30-31 may 2014-cü il tarixdə keçiriləcək milli yarışda icra olunan layihələrin təqdimatı aparılacaqdır. Layihələri münsiflər heyəti "Enactus" meyarları əsasında seçəcək. Münsiflər heyəti dövlət və biznes strukturlarını təmsil edən nüfuzlu və təcrübəli mütəxəssislərdən seçilib.
Qalib komanda ölkəmizi Çinin paytaxtı Pekin şəhərində keçiriləcək Dünya Kuboku yarışında təmsil edəcəkdir.
Seymur
Gənclərimizin innovativ biznes düşüncəsi inkişaf etdirilir
Azərbaycanlı gənclərin biznesə innovativ yanaşması inkişaf etdirilir. Bunun üçün ölkədə müxtəlif tipli layihələr həyata keçirilir, beynəlxalq oyunlar təşkil edilir. Onlardan biri də "Enactus" proqramı üzrə milli yarışların reallaşdırılmasıdır.Yarışın məqsədi sahibkarlıq fəaliyyətinə gəncləri təşviq etmək, onları innovativ layihələrə cəlb etmək, bu istiqamətdə maraqlarını artırmaq, azad sahibkarlığın ideyasını tələbələr arasında təbliğ etmək, tələbələrin təşkilatçılıq, idarəçilik və komandada işləmək bacarıqlarını inkişaf etdirməkdən ibarətdir. Proqramın sosial əhəmiyyəti – insanların həyat və yaşam standartlarının yaxşılaşdırılması, gənclərin məşğulluğuna dəstəyin göstərilməsi və biznesin gücü vasitəsilə insanların həyatının müsbətə doğru dəyişdirilməsidir.
Məlumat üçün bildirək ki, "Bizim Sahibkarlıq Fəaliyyətimiz" (Entrepreneurial Action Us - Enactus) beynəlxalq proqramının əsası 1975-ci ildə ABŞ universitetləri tərəfindən qoyulub. 2012-ci ilə qədər proqramın adı "Tələbələr azad sahibkarlıq fəaliyyətində (Students in free enterprises – SİFE)" olub. 1996-cı ildən etibarən dünyanın bir çox ölkələrində proqram üzrə milli yarışlar keçirilməyə başlanılıb və 2001-ci ilin iyul ayında ilk dəfə Londonda Dünya Kuboku yarışı keçirilib. 2005-ci ildən Azərbaycan "SİFE – Enactus" proqramına qoşulub, 2006-cı ildən isə Dünya Kubokları yarışlarında iştirak etmək hüququnu qazanıb. Dünya üzrə "Enactus" proqramına 50-yə yaxın ölkə, 1600-dən çox ali təhsil müəssisəsi və 50000-dən yuxarı tələbə qoşulub.
"Enactus" proqramı üzrə milli yarışda iştirakçı komandalar liqalara bölünür və qalibiyyət uğrunda mübarizə aparır. İnnovativ yanaşmaya, layihələrin sosial effektinə, ekoloji standartların qorunmasına, biznes etikanın gözlənilməsinə, maliyyə idarəçiliyinə, nitq qabiliyyətinə və digər meyarlara əsasən qalib komanda müəyyən edilir.
Qeyd etmək lazımdır ki, "Enactus" proqramı üzrə yarış biznes və təhsil sahəsində işgüzar danışıqların aparılması məqsədilə gənclər üçün yaradılan platformadır.
2013/2014 tədris ilində "Enactus" proqramına 11 komanda qoşulub və 30-31 may 2014-cü il tarixdə keçiriləcək milli yarışda icra olunan layihələrin təqdimatı aparılacaqdır. Layihələri münsiflər heyəti "Enactus" meyarları əsasında seçəcək. Münsiflər heyəti dövlət və biznes strukturlarını təmsil edən nüfuzlu və təcrübəli mütəxəssislərdən seçilib.
Qalib komanda ölkəmizi Çinin paytaxtı Pekin şəhərində keçiriləcək Dünya Kuboku yarışında təmsil edəcəkdir.
Seymur
Baxış sayı: 649
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib