12px13px15px17px
Tarix:30/05/14

Simsiz lokal şəbəkə avadanlıqları bazarının həcmi artmaqda davam edir

“IDC” analitik şirkətinin hesabatına əsasən, 2014-cü ilin birinci rübündə dünya simsiz lokal şəbəkə avadanlıqları bazarının (WLAN) istehlak və korporativ seqmentlərinin həcmi ötən ilin göstəricisi ilə müqayisədə 7 faiz artıb.

“WLAN” bazarının korporativ hissəsi ötən rübdə 10,3 faizlik artım nümayiş etdirib. Müsbət dinamikanı xarakterizə edən bu göstərici artıq bir neçə rübdür azalır, lakin bazar hələ də şəbəkə sənayesinin ən sürətlə inkişaf edən istiqaməti olaraq qalır.

İstehlak simsiz lokal şəbəkələr üçün avadanlıq seqmenti də stabildir. Yanvar-martda bu seqment illik hesablamada köhnə “802.11n” standartından yeni “802.11ac” standartına keçid, eləcə də inkişaf etməkdə olan ölkələrdə şəbəkə məhsullarının artan satış həcmi sayəsində 3,8 faiz artıb.
“WLAN” infrastrukturu hələ də şəbəkə bazarında müsbət nəticələr göstərir ki, bu da mobil və “bulud” texnologiyalarına artan investisiyalarla əlaqədardır”, - “IDC”-nin şəbəkə infrastrukturu üzrə vitse-prezidenti Rohit Mehra deyib.  

Regional baxımdan “WLAN” bazarı daha çox Cənubi Amerikada inkişaf edir. Burada simsiz lokal şəbəkə avadanlıqlarının tədarükü birinci rübdə üçdə bir dəfə artıb. Avropa, Yaxın Şərq və Afrika regionunda (EMEA) artım 12,1, Asiya-Sakit okean ölkələrində 10, Şimali Amerikada 7,7 faizə bərabər olub.
“Cisco” şirkəti 2014-cü ilin ilk üç ayının yekunlarına görə 47,9 faizlik payla müəssisələr üçün simsiz lokal şəbəkə bazarında nəhəng istehsalçı olaraq qalır. Bu göstərici ötən rübdə 48,4, 2013-cü ilin ilk rübündə 52,8 faiz olub. Ötən rübdə ABŞ istehsalçısının “WLAN” bazarından mədaxili bir il əvvəlki göstərici səviyyəsində qalıb.  

“Aruba” şirkətinin satış həcmi 25,4 faiz yüksəlib, eləcə də korporativ sektorda payı 11,9 faizədək artıb. Bir il əvvəl bu göstərici 10,5 faiz təşkil edib.

“Ruckus” şirkəti də müsbət dinamika göstərir. Yanvar-martda bu istehsalçı korporativ simsiz lokal şəbəkələr üçün avadanlığın illik hesablamada satışını 36,4 faiz artırıb ki, bu da ona bazarda 6,7 faizlik paya sahib çıxmağa imkan verib. Bu, 2013-cü ilin birinci rübündən 1,3 faiz bənd çoxdur, - "DailyComm www.dailycomm.ru” yazır.  



Baxış sayı: 693

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024