12px13px15px17px
Tarix:30/05/14

“Google” Avropa İttifaqı sakinləri üçün yeni xidmət istifadəyə verəcək

“Google” şirkəti Avropa ölkələri sakinləri üçün sorğuya görə axtarış nəticələrindən istifadəçilərin şəxsi həyatına aid veb-səhifələri silməyə imkan verən yeni xidməti istifadəyə verməyi planlaşdırır.  

Şirkət bu addımı Avropa Məhkəməsinin qəbul etdiyi qərarla bağlı atmağa məcbur olub. Belə ki, məhkəmənin qərarına əsasən, sorğuya görə köhnəlmiş və ya qeyri-aktual məlumatlara istinadlar serverlərdən silinməlidir.  

“Financial Times” nəşrinə müsahibədə “Google”un icraçı direktoru Larri Peyc şirkətin Avropa İttifaqının ali məhkəmə instansiyasının qərarını yerinə yetirəcəyini deyərək xəbərdarlıq edib ki, bu, innovasiyalara ziyan vura və söz azadlığını “boğan” rejimlərə sərf edə bilər.  

Qeyd edək ki, bir müddət əvvəl “Google” Avropa Məhkəməsinin çıxardığı qərardan təəssüfləndiyini bildirib. Şirkət və əksər hüquqşünaslar hesab edirlər ki, qüvvədə olan Avropa qanunvericiliyinə görə, bu qanun yalnız tam olmayan və ya səhv informasiyaya şamil edilir, - “RBK www.rbc.ru” yazır.
 
 



Baxış sayı: 720

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024