12px13px15px17px
Tarix:22/08/11

Azərbaycanın internet seqmentində fişinq-hücumların sayı azalıb

AzNET seqmentində real fişinq-insidentlərin sayı iyunun 20-dən başlayaraq 59,9 faiz azalıb. Bu barədə "Netcraft" analitik şirkətinin hesabatında deyilir.

"Netcraft"ın hesabatına əsasən, Azərbaycanda hər 555 saytın (.az domenində) payına fırıldaqçılar üçün bir səmərəli fişinq-hücum düşür. Bu, bu və ya digər halda pul və ya istifadəçinin şəxsi məlumatlarını əldə etmək məqsədilə edilir.

Təhlil "MozillaFirefox" və "InternetExplorer" brauzerləri üçün modul olan "NetcraftToolbar" proqramının əsasında hazırlanıb.

Proqram istifadəçini potensial təhlükəli internet-resurslar, eləcə də fişinq-hücumların qarşısının alınması barədə xəbərdar edir. "Netcraft"ın məlumatına görə, Azərbaycanda "NetcraftToolbar" hazırda 2779 fərdi kompüterdə quraşdırılıb.

Fişinq-hücum populyar brendlərin adından kütləvi elektron poçt göndərişləri ilə həyata keçirilir. Məktubda zahirən həqiqidən fərqlənməyən bu brendin yalançı saytına bilavasitə istinad edilir.

Belə sayta düşən zaman istifadəçi fırıldaqçılara akkaunt və bank hesablarına daxil olmağa imkan verən qiymətli informasiyanı verə bilər.



Baxış sayı: 1974

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024