Tarix:31/05/14
"Etohum"un rəhbəri Burak Büyükdemirin "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, Türkiyə internetin inkişafı, internetdə sahibkarlıq sahəsində son 5-6 il ərzində böyük nailiyyətlər əldə edib.
"Bir vaxtlar Türkiyədə internetdə sahibkarlıq anlayışı heç yox idi. Lakin biz universitetlərdə oxuyan tələbələri, eləcə də, sərmayədarları cəlb etdik və bu vaxt ərzində böyük irəliləyişə nail olduq. Artıq bizim sahibkarlar "eBay", "Pozitron" kimi resursların səhmlərini satın alıblar. Bizim fəaliyyətimiz isə bütün bu sahibkarlara təlimlər keçirməkdən ibarətdir. Çünki insan nə qədər ağıllı olsa və böyük maliyyə vəsaitlərinə malik olsa da, qurmaq istədiyi iş sahəsində məlumatsız olsa, layihəsi uğurlu ola bilməz", - deyə o bildirib.
B. Büyükdemirin sözlərinə əsasən, uğur əldə etmək üçün ekosistemlərə qoşulmaq lazımdır.
"Türkiyənin və ya digər bir ölkənin bazarı sərmayədarlar və istifadəçilər üçün o qədər də böyük maraq kəsb etməyə bilər, lakin söhbət bütöv bir regiondan gedəndə insanlar daha çox maraq göstərir. Region dedikdə biz Türkiyəni, Orta Asiyanı, Azərbaycanı, Pakistanı və digər qonşu ölkələri nəzərdə tuturuq. Azərbaycanla bizim əməkdaşlığımızda əsas məqsəd yerli Yüksək Texnologiyalar Parkının fəaliyyətinin, novatorluğun səmərəliliyini və effektivliyini təmin etməkdir. Bu da bizim yerli mütəxəssislərlə bölüşdüyümüz təcrübədən istifadə etməklə mümkün olur. Çünki biz artıq o səhv addımları atmışıq və onların nəticələrini görmüşük. Bununla yerli mütəxəssislər yanlış layihələrin reallaşdırılmasına artıq vaxt itirməyəcəklər və bu sahədə daha sürətli inkişaf əldə ediləcək. Lakin bizim təcrübəmizlə bölüşməyimiz üçün qarşılıqlı səfərlərin və "Startup Weekend", "Startup Azerbaijan" və "Etohum" kimi tədbirlərin sayı olduqca çox olmalıdır", - deyə o qeyd edib.
O, eyni zamanda bildirib ki, bu ilki "Etohum" toplantısında 250-dək insan iştirak edib və onların əksəriyyəti ali təhsilli ciddi insanlardır, bu da uğurun bir hissəsidir.
Aynur Vəliyeva
“Etohum” Azərbaycanda novatorluğun inkişafını daha effektiv və sürətli şəkildə təşkil etməyə dəstək olacaq
Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkında "Etohum Toplantısı" keçirilib."Etohum"un rəhbəri Burak Büyükdemirin "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, Türkiyə internetin inkişafı, internetdə sahibkarlıq sahəsində son 5-6 il ərzində böyük nailiyyətlər əldə edib.
"Bir vaxtlar Türkiyədə internetdə sahibkarlıq anlayışı heç yox idi. Lakin biz universitetlərdə oxuyan tələbələri, eləcə də, sərmayədarları cəlb etdik və bu vaxt ərzində böyük irəliləyişə nail olduq. Artıq bizim sahibkarlar "eBay", "Pozitron" kimi resursların səhmlərini satın alıblar. Bizim fəaliyyətimiz isə bütün bu sahibkarlara təlimlər keçirməkdən ibarətdir. Çünki insan nə qədər ağıllı olsa və böyük maliyyə vəsaitlərinə malik olsa da, qurmaq istədiyi iş sahəsində məlumatsız olsa, layihəsi uğurlu ola bilməz", - deyə o bildirib.
B. Büyükdemirin sözlərinə əsasən, uğur əldə etmək üçün ekosistemlərə qoşulmaq lazımdır.
"Türkiyənin və ya digər bir ölkənin bazarı sərmayədarlar və istifadəçilər üçün o qədər də böyük maraq kəsb etməyə bilər, lakin söhbət bütöv bir regiondan gedəndə insanlar daha çox maraq göstərir. Region dedikdə biz Türkiyəni, Orta Asiyanı, Azərbaycanı, Pakistanı və digər qonşu ölkələri nəzərdə tuturuq. Azərbaycanla bizim əməkdaşlığımızda əsas məqsəd yerli Yüksək Texnologiyalar Parkının fəaliyyətinin, novatorluğun səmərəliliyini və effektivliyini təmin etməkdir. Bu da bizim yerli mütəxəssislərlə bölüşdüyümüz təcrübədən istifadə etməklə mümkün olur. Çünki biz artıq o səhv addımları atmışıq və onların nəticələrini görmüşük. Bununla yerli mütəxəssislər yanlış layihələrin reallaşdırılmasına artıq vaxt itirməyəcəklər və bu sahədə daha sürətli inkişaf əldə ediləcək. Lakin bizim təcrübəmizlə bölüşməyimiz üçün qarşılıqlı səfərlərin və "Startup Weekend", "Startup Azerbaijan" və "Etohum" kimi tədbirlərin sayı olduqca çox olmalıdır", - deyə o qeyd edib.
O, eyni zamanda bildirib ki, bu ilki "Etohum" toplantısında 250-dək insan iştirak edib və onların əksəriyyəti ali təhsilli ciddi insanlardır, bu da uğurun bir hissəsidir.
Aynur Vəliyeva
Baxış sayı: 815
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı