Tarix:31/05/14
"Etohum"un rəhbəri Burak Büyükdemirin "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, Azərbaycanda Yüksək Texnologiyalar Parkının yaradılması çox böyük önəm kəsb edir.
"Yaxın 5-6 ildə Azərbaycan innovasiyaların inkişafı sahəsində böyük nailiyyətlər əldə edəcək və bunun əsas zəmanətçisi dövlətin bu sahəyə olan diqqəti və dəstəyidir. Azərbaycanla Türkiyə sərmayədarları qarşılıqlı innovasiya yatırımları həyata keçirə bilərlər ki, bu da gələcəkdə hər iki ölkənin innovativ irəliləyişinə təkan verəcək və hər iki ölkənin iqtisadiyyatının inkişafına kömək edəcək. Gələcəkdə yerli bazarda, həmçinin elektron ticarət sahəsində sahibkarlığın geniş yayılması gözlənilir", - deyə o bildirib.
B. Büyükdemirin sözlərinə əsasən, innovasiyalar belə bir sahədir ki, burada bir anda inkişaf mümkün deyil, buna vaxt tələb olunur.
"Türk ali məktəblərinin birində təhsil almış Azərbaycan startapçılarından biri Silikon vadisində öz layihəsinin reallaşdırılmasına 5 milyonluq sərmayə cəlb edib. Bu, çox gözəl bir nəticədir və bu cür uğurların sayını artırmaq üçün mütəmadi olaraq ölkələr arasında təcrübə mübadiləsi aparmağa ehtiyac var. Bu məqsədlə növbəti "Etohum" toplantısını regional səviyyədə keçirməyi, bu tədbirə Orta Asiyadan, Türkiyədən startapçıların cəlb edilməsini, gələcəkdə "Startup Azerbaijan"ı, "Startup Eurasia" miqyasında keçirməyi düşünürük", - deyə o qeyd edib.
Aynur Vəliyeva
Azərbaycan innovativ sahədə son bir ildə böyük uğurlar əldə edib
Azərbaycanda innovativ sahədə son bir ildə böyük irəliləyiş var və bu sahəyə maraq müşahidə olunur."Etohum"un rəhbəri Burak Büyükdemirin "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, Azərbaycanda Yüksək Texnologiyalar Parkının yaradılması çox böyük önəm kəsb edir.
"Yaxın 5-6 ildə Azərbaycan innovasiyaların inkişafı sahəsində böyük nailiyyətlər əldə edəcək və bunun əsas zəmanətçisi dövlətin bu sahəyə olan diqqəti və dəstəyidir. Azərbaycanla Türkiyə sərmayədarları qarşılıqlı innovasiya yatırımları həyata keçirə bilərlər ki, bu da gələcəkdə hər iki ölkənin innovativ irəliləyişinə təkan verəcək və hər iki ölkənin iqtisadiyyatının inkişafına kömək edəcək. Gələcəkdə yerli bazarda, həmçinin elektron ticarət sahəsində sahibkarlığın geniş yayılması gözlənilir", - deyə o bildirib.
B. Büyükdemirin sözlərinə əsasən, innovasiyalar belə bir sahədir ki, burada bir anda inkişaf mümkün deyil, buna vaxt tələb olunur.
"Türk ali məktəblərinin birində təhsil almış Azərbaycan startapçılarından biri Silikon vadisində öz layihəsinin reallaşdırılmasına 5 milyonluq sərmayə cəlb edib. Bu, çox gözəl bir nəticədir və bu cür uğurların sayını artırmaq üçün mütəmadi olaraq ölkələr arasında təcrübə mübadiləsi aparmağa ehtiyac var. Bu məqsədlə növbəti "Etohum" toplantısını regional səviyyədə keçirməyi, bu tədbirə Orta Asiyadan, Türkiyədən startapçıların cəlb edilməsini, gələcəkdə "Startup Azerbaijan"ı, "Startup Eurasia" miqyasında keçirməyi düşünürük", - deyə o qeyd edib.
Aynur Vəliyeva
Baxış sayı: 837
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır