12px13px15px17px
Tarix:02/06/14

Polis İsveçdə “The Pirate Bay” torrentinin yaradıcılarından birini həbs edib

“Reuters” agentliyi yazır ki, polis mayın 31-də İsveçdə " The Pirate Bay" torrentinin yaradıcılarından biri Piter Sundeni müəllif hüququnu pozmaq ittihamı üzrə həbs edib. İnterpol onu 2012-ci ildən axtarışa verib.
 
“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, kompüter eksperti “The Pirate Bay” torrentinin başqa üç yaradıcısı ilə birgə 1 il azadlıqdan məhrum edilib və 4,8 milyon dollar məbləğində cərimələnib. Bundan sonra həbs müddəti azaldılıb, amma məbləğ artırılaraq 6,9 milyon dollar təşkil edib.
 
2003-cü ildə yaradılmış “The Pirate Bay” torrenti çox vaxt şəbəkədə lisenziyasız məzmunun yayılmasında ittiham edilir. Bir neçə ölkənin hakimiyyəti öz ərazisində resursun bloklanması haqqında qərar qəbul edib. Hüquq sahibləri uzun müddətdir ki,  “Google”dan saytı axtarış sistemindən silməyi tələb edirlər.
 
 
Emil Hüseynov



Baxış sayı: 704

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024