12px13px15px17px
Tarix:02/06/14

Yerli internet provayderi yay kampaniyasına başladı

"Sazz İnternet"in builki yay kampaniyası  "Yay boyu Sazz imkanlar" adı altında keçirilir. Sentyabrın 15-nə qədər davam edəcək kampaniya dövründə provayder mövcud və yeni abunəçilər üçün müxtəlif güzəştli təkliflər hazırlayıb.
 
3 aylıq abunə haqqını ödəyən hər yeni abunəçi simsiz internetə qoşulmaq üçün lazım olan "Sazz USB" modemini pulsuz əldə edə biləcək.
 
"Sazz internet"ə stasionar "Alvarion Wi-Fi" mərkəzi ilə qoşulmağı üstün tutanlar iyunun  15-dən etibarən "Alvarion Wi Fi" mərkəzini də güzəştli şərtlərlə ala biləcəklər. Abunəçilərə iki müxtəlif seçim paketi təqdim olunacaq. Belə ki, qiyməti 219 manat olan paketə qoşulanlar 4 aylıq abunə haqqını ödəyərək "Alvarion Wi Fi" modemini 15 faiz endirimlə əldə edə biləcəklər. Yaxud qiyməti 165 manat olan paketi seçənlər "Alvarion Wi-Fi" mərkəzini alıb "Sazz İnternet"ə abunə olarkən 15 gün əlavə pulsuz internet əldə edə biləcəklər.
 
Mövcud "Sazz" abunəçiləri arasında populyar olan böyük qənaət paketi isə bu yay da qüvvəsindədir. 4 aylıq istifadə haqqını ödəyənlərə əlavə 30 gün pulsuz internet hədiyyə olaraq təqdim ediləcək. İnternet haqqını 3 ay əvvəlcədən ödəyənlər isə 15 gün pulsuz internet qazanacaqlar. Beləliklə, faktiki olaraq bu paketlərdən faydalanan abunəçilərə internetdən istifadə haqqı 10-20% daha ucuz başa gələcək.
 
"Yay boyu Sazz imkanlar" kampaniyasında yay tətilinə çıxmış məktəblilər üçün isə xüsusi təklif hazırlanıb. Filtrlənmiş internet paketi olan "Yeniyetmə" paketinə qoşulan hər bir valideynə 30 gün əlavə pulsuz internet hədiyyə veriləcək.
 
 
 
Kampaniyadan "Sazz İnternet"in Süleyman Rüstəm küçəsi, 17B ünvanında yerləşən baş ofisində və bütün "Sazz İnternet" satış nöqtələrində faydalanmaq olar.  Abunə haqqı ödənişlərini bütün "Sazz" ofislərində, eləcə də "www.sazz.az" saytında yerləşdirilmiş "şəxsi kabinet" vasitəsilə "online" həyata keçirmək olar.
 
Xatırladaq ki, "Sazz İnternet" həmişə olduğu kimi, hər yeni abunəçiyə internet xidmətini 5 gün ərzində 200 meqabaytlıq trafiklə yoxlayıb test etmək imkanını verir.
 
Hazırda "Sazz İnternet" Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Zaqatala, Qax, Balakən, Şəki, Quba, Qusar, Xaçmaz şəhərlərində, habelə Abşeron yarımadasının əksər qəsəbələrində xidmət göstərir. Bu yaxınlarda isə "Sazz İnternet"in əhatə dairəsinə cənub zonasına daxil rayon mərkəzlərinin də daxil olunması planlaşdırılıb.
 



Baxış sayı: 684

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Oktyabr 2019

22 10 2019

22/10/19
“İnnovasiya həftəsi” çərçivəsində “İnnovasiya ekosisteminə siyasi baxış” mövzusunda dəyirmi masa keçirilib

Bu gün ADA Universitetində “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Nəqliyyat,

22/10/19
Böyük Britaniyada hava taksisi sınaqdan keçirilir

Böyük Britaniyanın “Vertical Aerospace” startapı öz yeni hava taksisinin ilk sınaq uçuşunu nümayiş etdiri

22/10/19
2-ci “Bakı Elektron Ticarət Forumu” davam edir

“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində keçirilən 2-ci “Bakı Elektron Ticarət Forumu (BEF – 20

22/10/19
Böyük data mərkəzlərinin sayı 500-ü ötüb

Bu ilin üçüncü rübündə dünyada hipermiqyaslanan data mərkəzlərinin sayı 504-ə çatıb. Bu göstəri

22/10/19
Sinqapurda 3D printerdə şokolad-konfetlər çap edilib

Sinqapurlu mühəndislər şokoladları 3D printerdə çap ediblər, “Scientific Reports” jurnalı məlumat verib.

22/10/19
BMT robot qatillərin tətbiqini qadağan edən beynəlxalq saziş hazırlamağa çağırır

Nobel mükafatı laureatı Codi Uilyams Nyu-Yorkda BMT-nin mənzil-qərargahında keçirilən mətbuat 

22/10/19
Ən sürətli mobil prosessorların reytinqi dərc edilib

Çinin smartfonların testində ixtisaslaşan populyar “Master Lu” servisi 2019-cu ilin üçüncü

22/10/19
“Kaspersky Antidrone” sistemi satışa çıxarılacaq (Video)

Rusiyanın “Kasperski laboratoriyası” antivirus şirkəti antidron sisteminin satışlarına başlayacaq.

22/10/19
“HTC” blokçeyn smartfonunu təqdim edib

"HTC" şirkəti kriptovalyuta istifadəçiləri üçün nəzərdə tutulmuş "Exodus 1s" smartfonu üç

22/10/19
Bu ölkənin universitetlərində smartfonlardan istifadəyə qadağa qoyulub

Hindistanın şimalında yerləşən Uttar-Pradeş ştatındakı kollec və universitetlərdə smartfonlardan istifadə