Tarix:03/06/14
İnstitutun direktoru Telman Əliyev və R.Rüstəmov gələcəkdə İdarəetmə Sistemləri İnstitutu və ABŞ-ın Stanford Universiteti arasında əlaqələrin yaradılması və elmi layihələrdə birgə iştirak üçün müxtəlif məsələləri müzakirə ediblər.
İnstitutdan qeyd edilib ki, seminarda Raif Rüstəmov mövzusu haqqında iştirakçılara geniş məlumat verib. 3 ölçülü obyektlərin xassələrinin riyazi alqoritmlər vasitəsilə öyrənilməsi seminar iştirakçıları arasında ciddi maraq doğurub və mövzu barəsində müəlliflə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Raif Rüstəmov ilk təhsilini Bakının Fizika-riyaziyyat və informatika təmayüllü liseyində alıb. O, 1995-1996-cı illərdə Azərbaycan komandasının tərkibində beynəlxalq riyaziyyat olimpiadalarında iştirak edib. Belə ki, həmin illərdə, Beynəlxalq riyaziyyat olimpiadasının gümüş, YUNECKO-nun qızıl medallarına layiq görülüb.
Hal-hazırda Stanford Universitetinin Kompüter elmləri fakültəsində Həndəsi hesablamalar laboratoriyasında işləyir. O, 2005-ci ildə PhD dərəcəsini Prinseton Universitetində alıb. Müxtəlif illərdə Purdu və Drev universitetlərində işləyib. Onun bir çox məqalələri reytinqli SGP, MLİNİ, SİGGRAPH konfranslarında ən yaxşı məqalə mükafatını qazanıb.
Həqiqət İSABALAYEVA
ABŞ-ın Stanford Universiteti və AMEA İdarəetmə Sistemləri İnstitutunun elmi layihələrdə birgə iştirakı müzakirə edilib
ABŞ-ın Stanford Universitetinin professoru, həmyerlimiz Raif Rüstəmovun “Həndəsi verilənlərin analizi” mövzusunda AMEA İdarəetmə Sistemləri İnstitutunda seminarı keçirilib.İnstitutun direktoru Telman Əliyev və R.Rüstəmov gələcəkdə İdarəetmə Sistemləri İnstitutu və ABŞ-ın Stanford Universiteti arasında əlaqələrin yaradılması və elmi layihələrdə birgə iştirak üçün müxtəlif məsələləri müzakirə ediblər.
İnstitutdan qeyd edilib ki, seminarda Raif Rüstəmov mövzusu haqqında iştirakçılara geniş məlumat verib. 3 ölçülü obyektlərin xassələrinin riyazi alqoritmlər vasitəsilə öyrənilməsi seminar iştirakçıları arasında ciddi maraq doğurub və mövzu barəsində müəlliflə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Raif Rüstəmov ilk təhsilini Bakının Fizika-riyaziyyat və informatika təmayüllü liseyində alıb. O, 1995-1996-cı illərdə Azərbaycan komandasının tərkibində beynəlxalq riyaziyyat olimpiadalarında iştirak edib. Belə ki, həmin illərdə, Beynəlxalq riyaziyyat olimpiadasının gümüş, YUNECKO-nun qızıl medallarına layiq görülüb.
Hal-hazırda Stanford Universitetinin Kompüter elmləri fakültəsində Həndəsi hesablamalar laboratoriyasında işləyir. O, 2005-ci ildə PhD dərəcəsini Prinseton Universitetində alıb. Müxtəlif illərdə Purdu və Drev universitetlərində işləyib. Onun bir çox məqalələri reytinqli SGP, MLİNİ, SİGGRAPH konfranslarında ən yaxşı məqalə mükafatını qazanıb.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 837
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır