12px13px15px17px
Tarix:04/06/14

Türkiyədə "YouTube"a çıxış qadağası aradan qaldırılıb

Türkiyə hökuməti ölkə daxilində "YouTube" videohostinqinə çıxışa qoyulan qadağanı ləğv edib. “Reuters” agentliyinin məlumatına görə, müvafiq qərar Türkiyə Rabitə və Telekommunikasiya İdarəsi (TIB) tərəfindən qəbul olunub.
 
Xatırladaq ki, Türkiyədə "YouTube” və “Twitter” servislərinə çıxış qadağası martda qoyulub. Mikrobloqlar servisi bəzi şərhləri silməkdən imtina edərək məhkəmənin qərarına əməl etməyib və nəticədə servisə çıxış 21 saat bağlanıb. “YouTube”un bağlanmasına səbəb martın 27-də Türkiyənin güc strukturlarının yüksəkvəzifəli nümayəndələrinin görüşünün əks olunduğu videoyazının yerləşdirilməsi olub. Görüş zamanı Suriyaya mümkün hərbi müdaxilə məsələsi müzakirə olunub, - “Vesti www.vesti.ru” yazır.



Baxış sayı: 603

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024