12px13px15px17px
Tarix:04/06/14

2017-ci ildə “4K” televizorların tədarükü 68 milyon ədədi ötəcək

"Digitimes Research" analitik şirkətinin yeni proqnozuna görə, 2017-ci ildə "4K" (Ultra HD) formatlı televizorların dünyada tədarükü 12,8 milyon ədəd səviyyəsində olacaq, daha üç ildən sonra göstərici beş dəfə artaraq 68,2 milyon ədədə çatacaq.  

Mütəxəssislər "Ultra HD"-ni dəstəkləyən televizor panellərinin tədarükünün sürətlə artacağını proqnozlaşdırırlar. Belə ki, 2014-cü ilin yekunları üzrə tədarük həcmi 17,83 milyon ədədə çataraq 2013-cü ilin göstəricisini 475 faiz ötəcək. Bundan başqa, 2017-ci ildə belə ekranların tədarükünün 72,5 milyon ədədədək artacağı gözlənilir. "Digitimes Research"in proqnozuna əsasən, həmin vaxtadək 50 və daha yuxarı diaqonallı televizorların əksəriyyəti yüksək təsvir ölçüsünü dəstəkləyəcək.

Tədqiqatda o da qeyd olunur ki, "UHD TV" televizorlar üçün əsas komponentlər – panel və mikrosxemlər üçün qiymətlər durmadan azalır ki, bu da belə qurğuların populyarlığının artmasına zəmin yaradacaq və istehsalçılara bazarda onları daha fəal satmağa imkan verəcək.


2016-cı ildə tədarük ediləcək yüksək təsvir ölçülü televizorların yarıdan çoxunun daha çox ucuz modellərə tələbatın olduğu Çin bazarına göndəriləcəyi güman edilir.

"Digitimes Research" ekspertləri həmçinin 2017-ci ilədək üzvi işıq diodlu (OLED) televizorların tədarük həcminə görə "UHD" modellərdən geri qalacağını proqnozlaşdırırlar. Ekspertlər bunu "OLED TV"-lər üçün materialların baha olması səbəbindən onların qiymətinin yüksək qalması ilə izah edirlər.


Qeyd edək ki, ilk dəfə 2012-ci ilin üçüncü rübündə bazara çıxarılan "4K" formatlı televizorlar 3840х 2160 piksel yüksək təsvir ölçüsünü dəstəkləyir ki, bu da "Full HD" formatlı modellərin təsvir ölçüsündən 4 dəfə çoxdur. "IHS" analitik şirkətinin qiymətləndirməsinə görə, 5 ildən sonra "UHD" televizorların tədarükü 24 milyon ədədə çataraq buraxılan ümumi televizorların həcmində payı 10 faiz təşkil edəcək, - "DailyComm www.dailycomm.ru" yazır.






Baxış sayı: 648

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024