12px13px15px17px
Tarix:05/06/14

Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə: Prezident İlham Əliyev çox savadlı və müdrik insandır (VİDEO)

Kaliforniya ştatının Berkli şəhərində "yumşaq" hesablamalara dair IV Beynəlxalq konfrans keçirilib.

Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə AzərTAc-ın Amerika Bürosuna eksklüziv müsahibəsində tədbirin sponsoru – Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, xüsusən nazir Əli Abbasova və Berklidə konfransın təşkilatçısı, Azərbaycan Texniki Universitetinin dosenti Şahnaz Şahbazovaya təşəkkürünü bildirib.

O qeyd edib ki, Əli Abbasov "Qeyri-səlis məntiq" Birliyinin sədaqətli dostudur. Azərbaycan qeyri-səlis məntiqə həsr edilmiş bu və əvvəlki konfransların keçirilməsi sayəsində qeyri-səlis məntiq nəzəriyyəsinin inkişafına və onun müxtəlif sənaye sahələrində tətbiqinə sanballı töhfə verir.

 

Lütfi Zadə Azərbaycan xalqına xoş arzularını bildirərək vurğulayıb: "Mən dəfələrlə demişəm və yenə deyirəm: Əminəm ki, Azərbaycan düzgün yoldadır. Bunun iki səbəbi var. Birinci səbəb - neft-qaz sənayesinin inkişafına üstünlük verilməsi, ikinci səbəb – Azərbaycanın rəhbərliyidir. Prezident İlham Əliyev çox savadlı və müdrik adamdır. Onun qəlbi Azərbaycanın mənafeləri ilə döyünür. Mənim fikrimcə, İlham Əliyev və onun siyasəti Azərbaycanı düzgün istiqamətdə irəli aparır. O, enerjili, təşəbbüskar və uzaqgörən adamdır. Buna görə də düşünürəm ki, həmin keyfiyyətlərin bir şəxsdə cəmləşməsi Azərbaycanın parlaq gələcəyinə təminat verir. Təbii ki, Azərbaycan uzaq gələcək haqqında – neft ehtiyatlarının tükənə biləcəyi dövr barədə düşünməlidir. Lakin mən onu da bilirəm ki, Azərbaycan hökuməti artıq indidən bu barədə düşünür. Ölkənin təkcə neftdən və qazdan asılı olmaması üçün Azərbaycan rəhbərliyi iqtisadiyyatın şaxələndirilməsi barədə fikirləşir. Azərbaycanı regionun digər ölkələri ilə müqayisə etsək görərik ki, İraqdan və ya Əfqanıstandan fərqli olaraq Azərbaycanda sabitlik bərqərar olmuşdur. Onu da qeyd etməliyəm ki, Azərbaycanın müstəqil siyasət yeritməsi məni sevindirir".





Baxış sayı: 1193

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024