12px13px15px17px
Tarix:05/06/14

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli: “İKT vasitəsilə dünyanın istənilən ölkəsində baş verən mədəni prosesləri izləmək mümkündür”

AMEA Memarlıq və İncəsənət İnstitutu “Audiovizual sənətlərin müasir informasiya cəmiyyətində rolu” mövzusunda Respublika elmi-praktiki konfransını keçirib. İnstitutun ictimaiyyətlə əlaqələrə məsul mütəxəssisi Ülviyyə Məmmədovanın sözlərinə görə, tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bu gün bəşəriyyətin sərhədləri aradan qaldıran qloballaşma dövrünü yaşadığını və bu prosesin ən vacib göstəricilərindən birinin müasir informasiya cəmiyyəti olduğunu diqqətə çatdırıb:
 
 
“Audioviziual sənətləri təbliğ edib inkişaf etdirmək dünya təcrübəsini öyrənmək baxımından çox vacibdir. İnformasiya-kommunikasiya texnologiyaları vasitəsilə dünyanın istənilən ölkəsində baş verən mədəni prosesləri izləmək mümkündür”.
 
 
Natiq qeyd edib ki, ölkəmizdə formalaşmaqda olan informasiya cəmiyyəti şəraitində xüsusi aktuallıq daşıyan bu konfransın keçirilməsi ölkə Prezidentinin 2014-cü il 2 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da qarşıya qoyulan vəzifələrin həlli yolunda atılan əhəmiyyətli addım kimi dəyərləndirilə bilər. Sonra çıxış edən institutun direktoru, professor Ərtegin Salamzadə konfransın aktuallığını önə çəkərək, müzakirə olunan mövzuların xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
 
 
Qeyd edək ki, konfransda Azərbaycanın teatr, kino, televiziya və radio məkanında, həmçinin internet şəbəkəsində, bütövlükdə informasiya cəmiyyətində mövcud durum və problemlər, onların növlərarası inteqrasiyası, yüksək kommunikasiya texnologiyalarının cəmiyyətə təsiri parametrləri və perspektivləri müzakirə olunub.
 
 
İki gün davam edən konfransda “İnformasiya cəmiyyətinin təşkilində milli yaddaşın yeri”, “İnformasiya cəmiyyətinin təşkilində milli yaddaşın yeri”, “Azərbaycanda teleradio yayımına dair dövlət siyasəti”, “İnformasiya müharibəsi şəraitində audiovizual mədəniyyət və yeni təfəkkür”, “Azərbaycan ədəbiyyatında audiovizual nəqlə meyillər”, “Geyim vizual informasiya sistemi kimi” və digər mövzularda məruzələr dinlənilib.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 677

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024